Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindən Rus Borisi kəndinə gedən yolda yerləşən körpünün altında silah-sursat olması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan EDNews-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan iki ədəd 16 kalibrli ov tüfəngi, dörd ədəd avtomat sandığı, bir ədəd alışdırıcısı üzərində olmayan “F-1” əl qumbarası, bir ədəd pulemyot qatarı və 402 ədəd 7,62 millimetrlik patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.