Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq ölüb | Eurasia Diary - ednews.net

3 İyun, Çərşənbə


Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq ölüb

Cəmiyyət A- A A+
Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 1955-ci il təvəllüdlü Leyla Manafova özünü eyvandan yerə atıb.
 
EdNews-un məlumatına görə, bu zaman o, ağır bədən xəsarətləri alıb.
 
Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, L.Manafovanın həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasındakı yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...