Azərbaycanda koronavirusla əlaqədar 45 mindən artıq test aparılıb | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Azərbaycanda koronavirusla əlaqədar 45 mindən artıq test aparılıb

Cəmiyyət A- A A+

Azərbaycanda ötən müddət ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.

EdNews-un  xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, indiyədək Azərbaycanda 641 nəfərdə koronavirus aşkarlanıb, 44 sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin müalicəsi davam etdirilir.
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...