Ayrı-ayrılıqda maskanın istifadəsi və ya sosial məsafənin gözlənilməsi yetərsizdir.
EDNews.net Trend-ə istinadən xəbər verir ki, bu məlumat Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasında göstərilib.
"Tədqiqatlar göstərir ki, ayrı-ayrılıqda maskanın istifadəsi və ya sosial məsafənin gözlənilməsi yetərsizdir, bu halda, yoluxma baş verə bilər".
TƏBİB-dən bildirilir ki, həm maskadan istifadə, həm də sosial məsafə eyni anda gözlənilməlidir.