23 yaşlı Məhəmməd Əmin... Hələ gözlərdə kədər yox, ümid var... Bir şəklin TARİXÇƏSİ

Cəmiyyət 13:21 25.05.2020

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin gənclik şəkli yayılıb və bu, böyük izləyici kütləsi tərəfindən maraqla qarşılanıb.

EDNews.net-in  “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi budəfəki foto elə o şəkildir – gənc Rəsulzadənin əksi...

Zaman 1907-ci il. Məkan Bakı şəhəri... 23 yaşlı Məhəmməd Əmin Rəsulzadə... Cümhuriyyətə 11 il qalıb hələ. Bakıda başlayıb Ankarada bitən şərəfli yolun qaynar dönəmləri hələ qabaqdıdır. Hələ gözlərdə kədər yox, ümid var...

Cumhuriyyət dövrünün araşdırıcısı Dilqəm Əhməd bildirib ki, bu şəkil “Nicat” cəmiyyətinin toplu fotosundan kəsilib və Tural Hüseyn tərəfindən peşəkarcasına rənglənib...

"Nicat” cəmiyyəti 1906-cı il martın 9-da Bakıda təsis olunmuşdu. Ziyalıların, eləcə də zəngin iş adamlarının təşəbbüsü və maddi dəstəyi ilə yaradılan qurumun məram və məqsədi ilk növbədə aztəminatlı, imkansız uşaqların təhsil almalarına yardım etmək idi.

Məhəmməd Əmin Rəsulzadə, Məmmədəli bəy Səlimbəyov, Həsən bəy Ağayev, Qasım Qasımov, İsa bəy Aşurbəyov, Əlimərdan bəy Topçubaşov kimi ziyalıları ətrafında cəm edən cəmiyyətin təşəbbüsü və dəstəyi ilə 1906-1910-cu illərdə Gəncədə "Mədrəseyi-ruhani”, Lənkəranda "Behcət”, Ağdaşda "Darülfənn”, Şamaxıda açılan "Üxüvvət” adlı məktəblərin tədris vəsaitləri ilə təminatı daim diqqət mərkəzində saxlanılıb. Cəmiyyətin nəzdində pedaqoji ədəbiyyat bölməsi yaradılaraq Azərbaycan dilinin orfoqrafiyasının hazırlanması istiqamətində iş aparılıb.

Böyüklər üçün axşam kursları açılıb və onun da o dövrdə əhəmiyyəti az olmayıb. Bununla bağlı 1907-ci ildə cəmiyyətin illik hesabatında bildirilirdi ki, axşam kurslarının 300 nəfərədək dinləyicisi olub. Üç qrupda (bisavad, az savadlı və savadlı) fəaliyyət göstərən kurslarda Azərbaycan və rus dilləri ilə yanaşı, riyaziyyat fənni də tədris edilib.

Cəmiyyətin 4-cü rus-tatar məktəbində Əli Terequlovun rəhbərliyi altında həftədə bir gün olmaqla, üçsaatlıq cümə kursları da təşkil olunub. "Nicat”ın xətti ilə açılan ümumi qiraətxana və kitabxanalarda həmçinin gigiyena və müxtəlif xəstəliklər haqqında mühazirələr oxunub.

"Nicat”ın təşkilatçılığı ilə 1906-cı il 15-18 avqust tarixində Bakıda Azərbaycan müəllimlərinin ilk qurultayı keçirilib ki, bunun da ölkədə maarifçilik hərəkatının genişləndirilməsində mühüm rolu olub. Burada bir çox məsələlərlə yanaşı, Zaqafqaziya Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin Müəllimlər Seminariyasına çevrilməsi və orada Azərbaycan dilinin əsas fənn kimi tədrisi, müsəlman müəllimləri üçün pedaqoji kursların təşkil edilməsi tələbləri gündəmə gətirilib.

Milli mədəniyyətin inkişafını fəaliyyətinin prioritetlərindən birinə çevirən cəmiyyətin nəzdində təşkil olunan teatr bölməsi Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhulla kimi dövrün məşhur aktyorları ilə yanaşı, səhnə sənətinin bir çox həvəskarlarını öz ətrafında toplamağı bacarıb. Maraqlı məqamlardan biri də əldə edilən vəsaitin ehtiyac içərisində oxuyan şagirdlər arasında bölüşdürülməsi idi.

Tağıyev teatrında Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun” operasının bu cəmiyyətin təşəbbüsü ilə (1908-ci il) göstərilib. Bununla da müsəlman Şərqində opera sənətinin əsası qoyulub.

Cəmiyyətin 14 nəfərdən ibarət olan qadınlar şurasının fəaliyyəti də yaddaşlarda yaşayır. Sənədlərdən məlum olur ki, 1908-ci il oktyabr ayının 26-da tanınmış ziyalı qadınlar - Hənifə Məlikova, Rübabə Qasımova, Xədicə Əlibəyova, Əminə Əfəndiyeva, Şərqiyyə Axundova, Səkinə Axundova, Səbirə Əbdülrəhmanova, Sara Vəzirova, Əminə Tanrıquliyeva, Xurşud Vəzirova, Səltənət Əmircanova, Rəhilə Hacıbababəyova, Qəribsultan Xanlarova və Ayşə Hacıqasımova "Nicat” maarif cəmiyyətinin qadın şöbəsini açmaq barədə qərar qəbul ediblər. Şöbənin qarşısında duran əsas vəzifə təhsil almaq istəyən müsəlman qızlara kömək etmək idi. Cəmiyyətin üzvü Xədicə Əlibəyova isə 1911-ci ildə "İşıq” adlı qəzetin redaktoru olub. Azərbaycan qadınlarının həyatında, xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edən "İşıq” qəzetinin ilk sayı 1911-ci il yanvarın 22-də çıxıb və 1912-ci ilin sonunadək 68 nömrəsi buraxılıb. Qəzetin "Təlimi-nisvan” ("Qadınların təlimi”), "Vəzayefe-beytiyyə” ("Məişət məsələləri”), "Hüquqi-müslümə” ("Müsəlman qadınının hüququ” və ya "Bacılarıma bir neçə söz”), təbabətə, ədəbiyyata, evdarlığa aid rubrikalarla yanaşı, "Xəbərlər”, "Elanlar” kimi bölmələrlə də oxucularını məlumatlandıran nəşrin missiyası əsasən savadsızlıqla mübarizə olub.

Pedaqoq Nabat Nərimanova, həkim Əminə Batrişina, Çayqıraqlı Həyat xanım, Həlimə Axundova, Xuraman Rəhimbəyzadə, Asya Axundova, Maral Nəbizadə və başqaları qəzetə tez-tez məqalələr, şeirlər göndərir, qadınların acınacaqlı həyatından söz açırdılar.

On il ərzində respublikada təhsil və mədəniyyətin inkişafına mühüm töhfələr verən "Nicat”ın xətti ilə 1916-cı ildə müxtəlif yerlərdə açılan bir və ikisinifli məktəblərin sayı 30-a çatmışdı.

Təəssüf ki, 1917-ci ilin oktyabr çevrilişi ərəfəsində "Nicat" cəmiyyəti fəaliyyətini dayandırmağa məcbur olub.(modern.az)

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Hamısı