Mədəniyyət işçiləri Abbasqulu Nəcəfzadəni Mədəniyyət naziri görmək istəyir | Eurasia Diary - ednews.net

8 İyul, Çərşənbə


Mədəniyyət işçiləri Abbasqulu Nəcəfzadəni Mədəniyyət naziri görmək istəyir

Cəmiyyət A- A A+

Məlumdur ki, dövlət başçısı Prezident İlham Əliyev ötən həftə Mədəniyyət Naziri Əbülfəz Qarayevi Mədəniyyət naziri postundan azad edib. Yeni Mədəniyyət nazirinin kim olacağı hazırda ölkə ictimaiyyəti tərəfindən geniş müzakirə edilir. EDNews.net xəbər verir ki, bir çox mədəniyyət işçisi və incəsənət xadimi bu posta sənətşünaslıq üzrə elmlər doktoru, musiqiçi Abbasqulu Nəcəfzadənin seçilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Bəs Abbasqulu Nəcəfzadə kimdir?

Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu İsmayıl oğlu Nəcəfzadə 1 dekabr 1957-ci ildə Xızı rayonunda anadan olub. O, 1974-1978-ci illərdə Sumqayıt Musiqi Texnikumunda kamança müəllimi, xalq çalğı alətləri orkestrinin rəhbəri kimi çalışmışdır. 1978-1983-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında konsert ifaçısı, kamança müəllımi və xalq çalğı alətləri orkestrinin dirijoru olmuşdur. 1979-2009-cu illərdə Sumqayıt Musiqi Texnikumunda kamança və dirijorluq ixtisasları üzrə pedaqoq, 2003-2015-ci illərdə Azərbayсan Dövlət Mədəniyyət və İnсəsənət Universitetinin “Musiqi sənəti” fakültəsi, “İnstrumental ifaçılıq” kafedrasında müəllim kimi fəaliyyət göstərib.

2005-2011-ci illərdə Azərbayсan Milli Konservatoriyasında “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri, 2011-2018-ci illərdə Konservatoriyanın “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri, 2005-2015-ci illərdə “İnstrumental muğam” kafedrasının müəllimi, 2009-cu ildən “Konservatoriya” elmi jurnalının redaktoru, 2010-cu ildən bu günə qədər məsul katibi, 2015-ci ildən Konservatoriyanın “Milli musiqinin tarixi və nəzəriyyəsi” (hazırda “Musiqinin tarixi və nəzəriyyəsi”) kafedrasının professorudur.

2019-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə Ekspert Şurasının üzvüdür. Mədəniyyət sahəsində çox sayda kitabların və tədris proqramlarının müəllifidir.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...