Azərbaycanda maska taxmamağa görə cərimə qoyuldu - RƏSMİ | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


Azərbaycanda maska taxmamağa görə cərimə qoyuldu - RƏSMİ

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi, Azərbaycanda maskalarla bağlı yeni qərar qəbul edilib.

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.

Bundan başqa, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da maska taxılmalıdır.

Bu tələbin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...