Koronavirusa görə ölkədə tətbiq olunan xüsusi karantin rejimi zamanı Bakıda lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Videoda paytaxtın mərkəzi - Fəvvarələr meydanında çoxlu insanın bir araya toplaşdığı və sosial məsafəyə əməl etmədiyi görünür.
Eyni zamanda insanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının da gözə dəyməməsi birmənalı qarşılanmayıb. (modern.az)