BAMF cəbhə bölgəsində koronavirusla mübarizəyə dair maarifləndirici tədbirlər keçirdi - FOTOLAR | Eurasia Diary - ednews.net

16 İyul, Cümə axşamı


BAMF cəbhə bölgəsində koronavirusla mübarizəyə dair maarifləndirici tədbirlər keçirdi - FOTOLAR

Cəmiyyət A- A A+

BMT-nin Uşaq Fondu və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən icra edilən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” çərçivəsində Tərtər rayonun mərkəzində və Həsənqaya kəndində, Goranboy rayonunun Tap-Qaraqoyunlu və Buzluq kəndlərində və Bərdə rayonunda koronavirusla mübarizəyə dair maarifləndirici tədbirlər keçirilib.

EDNews.net xəbər verir ki, tədbirlərdə, yerli icra orqanlarının nümayəndələri, eləcə də layihə koordinatoru Fariz Vəliyev, Bərdə rayon regional koordinatoru Pərvin Əhmədova, Tərtər rayon regional koordinatoru Kamran Məmmədli, Goranboy rayon regional koordinatoru Vüsalə Tağıyeva və Məşvərət Şurasının üzvləri iştirak ediblər.

Tədbirlər çərçivəsində “COVID-19”un yayılmasının qarşınının alınması üçün  USAİD tərəfindən hazırlanmış ünsiyyət materialları yeniyetmə, gənclər və yaşlı insanlar arasında paylanılıb və epidemiyadan qorunma yolları ətraflı izah olunub.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...