Azərbaycanda koronavirusa yoluxan xəstələrin görüntüsü yayıldı - VİDEO | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Azərbaycanda koronavirusa yoluxan xəstələrin görüntüsü yayıldı - VİDEO

Cəmiyyət A- A A+

Azərbaycan Dövlət Televiziyası koronavirus infeksiyasına yoluxan xəstələrlə reportaj hazırlayıb.

EDNews.net  xəbər verir ki, hazırda müalicə alan pasiyentlər səhhətlərindən bəhs ediblər.

İnfeksiyaya yoluxan qadın nəfəs ala bilmədiyini, ağır vəziyyətdə olduğunu deyib. O, həyatla ölüm arasında mücadilə apardığını bildirib. Nəfəs almalarında problem yaranmasın deyə az miqdarda su verilən pasiyentlərin tək istəyinin su içmək olduğu vurğulanıb.

Həkimlər isə hazırda infeksiyaya yoluxanların sayının günü-gündən artdığını bildiriblər. Onlar əvvəl yoluxanların sayının az olduğunu söyləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...