Bakıda doğum günü qeyd edənlərlə bağlı tədbir görüldü - Rəsmi | Eurasia Diary - ednews.net

5 İyul,


Bakıda doğum günü qeyd edənlərlə bağlı tədbir görüldü - Rəsmi

Cəmiyyət A- A A+

Sosial şəbəkələrdə və xəbər saytlarında “Rəqqasə Renka karantin qaydalarını pozdu” – sərlövhəli videogörüntülərlə bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparılıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, iyunun 3-də paytaxtın Nizami rayonunda yeləşən restoranlardan birində xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət ad günü mərasimi təşkil olunub.

Nizami RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə obyekt sahibi sahibi və iştirakçılar inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 11 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...