Solmaz Tohidi Rəsulzadəni tənqid edən tarixçini rəzil etdi FOTO

Cəmiyyət 12:42 27.06.2020

Tarixçi Vasif Qafarovun bir neçə gün əvvəl “Spase” televiziya kanalındakı “Sadə həqiqətlər” verilişindəki qalmaqallı çıxışı cəmiyyətin ən müxtəlif təbəqələri, o cümlədən alimlər və naşirlər arasında böyük narahatlıq və suallar doğurub. Xüsusilə elmi ictimaiyyət böyük və ciddi elmə hələ indi qədəm qoymaq iddiasında olan bu tədqiqatçının öz çıxışı ilə bağlı üzləşdiyi ictimai qınaqdan nəticə çıxaracağını, ən yaxşı halda üzrxahlıq edəcəyini, heç olmasa susacağını və bu məsələnin elmi dairələrdə mütəxəssislərin iştirakı ilə yoluna qoyulacağını gözlədiyi halda “Qəhrəman” yenidən televiziya ekranında “həqiqət” axtarışına çıxıb, “mübarizəsini davam etdirmək”, guya üzləşdiyi “təhqir və təhdidlərə” cavab vermək qərarına gəlib.

EDNews.net xəbər verir ki, bu sözləri  tarixçi-alim Solmaz Rüstəmova-Tohidi "Facebook" səhifəsində paylaşdığı məqaləsində yazıb.

Bu məqam, Osmanlı arxivinin Azərbaycanla bağlı sənədlərinin kimlər tərəfindən, hansı şəraitdə əldə edildiyi və nəşrə hazırlandığı məsələləri ilə bilavasitə məlumatlı insanların ən azı mənəvi-etik və əxlaqi baxımdan narahatlığını daha da artırıb. Digər tərəfdən, həmin sənədlərdən bu gün qərəzli niyyətlərlə istifadə etmək, Cümhuriyyət tarixinin, onun bütün ciddi tədqiqatçıları üçün tam aydın olan səhifələrini guya “sənədlərin dili ilə” yenidən gündəmə gətirərək “mübahisə obyektinə” çevirmək, beləliklə Cümhuriyyət qurucularının xidmətlərini bilərəkdən “sual” altına qoymaq və onları etmədikləri “günahlarda” təqsirləndirmək, nüfuzdan salmaq cəhdləri göz qabağındadır. Bu cəhdlərin Azərbaycan tarixçilərinin indiyədək elmi fəallığına görə qiymətləndirdiyi, təlaş doğuran bəzi addımlarına və nəzərlərinə göz yumaraq, ciddi alim kimi yetişəcəyinə ümid bəslədiyi bir tədqiqatçı tərəfindən edilməsi xüsusilə dərin həyəcan doğurur. Məhz bu məqam, tarixi həqiqət, elmi yanaşma, alim məsuliyyəti və ziyalı əxlaqı nəzərindən bir qrup tarixçi-alimlərin son günlər öz aralarında müzakirə etdiyi məsələlərin geniş ictimaiyyətin müzakirəsinə çıxarılmasını zəruri edir.

Azərbaycan tarixşünaslığının bu günü və gələcəyi üçün sınaq nöqtəsi səviyyəsinə qaldırılan və “televiziya şousu” formatında gündəmə gətirilən bu məsələnin “qəhrəmanı” Vasif Qafarovun qarşısına hələ ki, konkret suallar qoyularaq, onun “Spase” kanalındakı bu günkü çıxışında əvvəlcə onları cavablandırması xahiş olunur:

Vasif Qafarov:

- Osmanlı arxiv sənədlərini özü oxuya bilirmi və özünün dediyi kimi 12 mindən artıq (160-180 min səhifəlik ) sənədləri nə zaman müddətində oxuyub, latın qrafikasına çevirib, tədqiqatlar yazıb, toplular şəklində nəşr etdirə bilib ? Nə üçün respublikamızda orta əsrlərdən başlayaraq Osmanlı dili, yazısı, üslubu və s. üzrə cəmi 2-3 nəfər tanınmış osmanlışünaslar, eləcə də Türkiyədə Osmanlı sənədləri və həmin dövrün mətbuatı üzrə mütəxəssislərin heç biri bu adamın adını belə bilmir, yaxud onu həmin sahədə az-çox təcrübəli adam kimi də tanımır?

- Türkiyənin Devlet Arşivleri Başkanlığı Osmanlı Baş Bakanlığı Osmanlı Arşivi, ATASE arxivlərində istənilən dövr və mövzu üzrə arxiv tərəfindən müəyyən edilmiş məbləğ müqabilində sənədlər toplanması xidmətindən istifadə edibmi?

- Yenə həmin arxivlərdə müəyyən edilmiş məbləğ müqabilində həmin sənədlərin Osmanlı əlifbasından latın qrafikasına köçürülməsi xidmətindən istifadə edibmi?

- Əgər bu xidmətlərdən istifadə edibsə (arxivlərdə bu məlumatlar var), o xidmətlərin pulunu kim və ya hansı təşkilat ödəyib?

- Bu xidmətlərin ödənilməsi daxil olmaqla sənədlərin gələcək nəşri üçün TEAS nəşriyyatına təqdim etdiyi layihələrin və alacağı qonorarla bağlı müqavilələrin surəti özündə vardırmı?

- Həmin layihələrə görə yalnız sənədlər üçün üst-üstə 6 rəqəmli ABŞ dolları miqdarında qonorar aldığına dair (hər kitab üzrə on minlərlə dollar və digər xərclər üçün) imza etdiyi müqavilələrin surətləri özündə vardırmı?

- Bu məbləğlərdən Dövlət vergisi ödəyibmi?

- Qiyas Şükürovun adı ona tanışdırmı ? Əgər sənədlərlə bağlı əməliyyatları həmin şəxslə birgə görüblərsə, nə üçün heç olmasa bir dəfə də, bu işdə daha çox zəhməti olmuş həmkarının adını belə çəkmir?

- TEAS nəşriyyatı bu sənədləri hazırlayıb və öz vəsaiti hesabına nəşr edərkən bu işdə digər alimlərin və şəxslərin nə qədər zəhməti keçdiyindən xəbəri varmı? Elə isə niyə öz “şücaətlərindən” bəhs edərkən bu həmkarlarının adını belə çəkmir?

- TEAS-a satdığı həmin sənədləri sonradan bir daha Azərbaycan Prezidenti yanında ELM fonduna neçəyə satıb? ELM fondu bu sənədlərin artıq dərc olunduğunu araşdırıbmı?

- TEAS-dan Cümhuriyyət tarixinə dair sənədlərə görə aldığı fantastik məbləğdə qonorarlar hesabına doğulduğu Lerik rayonunda açdığı ferma biznesində hansı problemlər yaranıb ki, həmin sənədləri bir daha - bu dəfə Cümhuriyyət tarixini qaralamaq, onun liderlərinə böhtan atmaq kimi qərəzli bir məqsədlə - özünün yeni biznes obyektinə çevirir?

Burada, Vasiv Qafarovun istənilən halda bu və ya digər səviyyədə zəhmət çəkdiyi, Cümhuriyyətin 100 illiyinə öz töhfəsini vermək istəyən TEAS müdiriyyətinin bu hədsiz arzusu qarşısında əsl biznesmen inadı ilə sona qədər öz qoyduğu qiymət üzərində duraraq sövdələşmə məharəti, aldığı pulu istədiyi kimi xərcləmək haqqı olduğu kimi müddəalar irəli sürülə bilər. Yəni, yalnız biznes – başqa heç nə!

Amma, həmin biznesin gedişində Vasif Qafarovun artıq tədqiqatçı-alim kimi bir sıra naqis hərəkətləri də üzə çıxırdı. Bu dövrü yalnız sənədlər toplusu kimi deyil, həm də araşdırıcı kimi öyrənmək məqsədi ilə işə başlayan gənc tarixçi 2011-ci ildə “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi(1917-1922)” adlı kitabını nəşr edir və mütəxəssislər, o cümlədən türkiyəli tarixçilər bu monoqrafiyanın türkiyəli alim Enis Şahinin hələ 2002-ci ildə Anlkarada nəşr olunmuş “Trabzon və Batum konferansları antlaşmaları. 1917-1918-cı yıllar” kitabı ilə hədsiz “oxşarlığını” dərhal üzə çıxarırlar. Öz kitabında Türkiyəli müəllifin bu əsərini heç “Ədəbiyyat” siyahısına belə daxil etməməsi çox məsələləri açıqlasa da, azərbaycanlı alimlər gənc həmkarını elmi yolunun başlanğıcında rüsvay etməkdən çəkinirlər.

Beləliklə, qədəm qoyduğu yoldakı bu ilk “addımına” nəinki “qırmızı”, hətta “sarı” deyil, “yaşıl” işıq alan gənc tədqiqatçı “inamla” irəliləməyə başlayır, Osmanlı sənədlərinin təsnifi, izahı, tətbiqi, istifadəsi sahəsində ciddi alim adı ilə sığışmayan açıq-aydın yanlışlıqlara və kobud təhriflərə yol verir. Bu zaman onun nəinki sənədi hərfi mənada oxuya bilmədiyi, ümumiyyətlə diplomatik sənədi “oxumaq”, sətiraltı mənaları tutmaq, onları digər sənədlərlə müqayisə etmək, etibarlılıq dərəcəsini müəyyənləşdirmək və s. bu kimi arxiv sənədləri ilə işləyən hər bir tarixçi üçün mühüm olan peşəkarlıq qabiliyyətinə malik olmadığı üzə çıxır.

Təbii ki, işin bu həddə çatmasında bu tarixçiyə "yaşıl işıq" verənlərin də məsuliyyət məsələsi durur və yəqin ki, bu məsələ də ayrıca ciddi müzakirə obyekti olacaqdır.

Burada isə, Cümhuriyyət tarixinin bu yeni “ittihamçısına” hələlik yalnız suallar verildiyini nəzərə alaraq, tarixçi alimlərimiz bu sonuncu müddəalarını, əlbəttə ki, televiziya kanallarının “Sadə həqiqətlər” kimi Şou proqramlarında deyil, akademik müstəvidə sübut etməyə hazır olduqlarını bildirirlər.

İndi isə qoyulan suallara hamı cavablar gözləyir, Vasif Qafarov…

Solmaz Rustamova-Togidi adlı şəxsin şəkli.

Solmaz Rustamova-Togidi adlı şəxsin şəkli.

Solmaz Rustamova-Togidi adlı şəxsin şəkli.

Osmanlı sənədi

Solmaz Rustamova-Togidi adlı şəxsin şəkli.
 
Solmaz Rustamova-Togidi adlı şəxsin şəkli.
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Hamısı