Oxu.az saytının 7 yaşı tamam olur | Eurasia Diary - ednews.net

7 İyul, Çərşənbə axşamı


Oxu.az saytının 7 yaşı tamam olur

Cəmiyyət A- A A+

Bu gün Oxu.az xəbər portalı yeddi yaşını qeyd edir.

EDNews.net xəbər verir ki, sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası toplayıb.

24 saat fəaliyyət göstərən sayt Azərbaycan və rus dillərində gündəlik 300-350 material dərc edir.

Oxu.az-ın redaksiyasının məlumatına görə, saytın aylıq unikal oxucu sayı 1,5 milyona çatır. Oxu.zz-ın gündəlik izləyici sayı 350 mini ötür. Gündəlik səhifələnmə isə bir milyondur. Saytın məqsədi bu göstəricilərlə media sahəsində aparıcı mövqedə dayanmaqdadır. Saytın komandası oxuculara daim yeni və maraqlı materiallar təqdim edir, yeni rubrikaları oxucuların ixtiyarına verir.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...