BAMF prezidenti "COVID-19-un Şərq Tərəfdaşlığı ölkələrində məşğulluq və əmək bazarına təsiri" adlı onlayn vebinarda çıxış edib

Cəmiyyət 13:25 01.07.2020
30 iyun tarixində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun işçi qrupunun "COVID-19-un Şərq Tərəfdaşlığı ölkələrində məşğulluq və əmək bazarına təsiri" mövzusunda onlayn iclası keçirilib. Şərq Tərəfdaşlığı ölkələrindən olan iştirakçılar koronavirus pandemiyasının əmək bazarına təsiri və hökumət tərəfindən görülən tədbirlərin effektivliyi barədə  müzakirələr aparıb.
 
Onlayn vebinarda Azərbaycan tərəfindən çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev koronavirusun daha çox təsir etdiyi fəaliyyət sahələrindən danışaraq kiçik və orta biznes sahibkarlarını, əhalinin həssas təbəqələrini, habelə ölkədə məşğulluq səviyyəsini dəstəkləyən proqramlardan söz açıb,  pandemiyanın əmək bazarına təsiri, dövlət tərəfindən reallaşdırılan bir sıra sosial proqramlardan danışıb. EDNews.net BAMF prezidentinin çıxışını təqdim edir:
 

Hörmətli vebinar iştirakçıları, həmkarlar və dostlar,

Koronavirus pandemiyası qəfildən yaranan və bütün ölkələrdə, o cümlədən Azərbaycanda bütün iqtisadi strukturların fəaliyyətini iflic edən ən qorxulu ümumbəşəri faciələrdən biridir. Ən son məlumatlara görə, bu gün Azərbaycanda 10 milyon insan üçün 16 968 yoluxma və 206 ölüm hadisəsi qeydə alınmışdır.

Koronavirus pandemiyasından əvvəl Azərbaycan iqtisadiyyatı ən uğurlu inkişaf edən ölkələrdən biri idi. Ölkənin 6.3 milyard, neft fondunun isə 40 milyard valyuta ehtiyatı var idi. Turizm və sosial xidmətlər uğurla inkişaf edən sənaye sahələri idi. Təkcə keçən il ölkəmizə 3 milyondan çox turist gəlib.

Pandemiyanın başlaması ilə bir çox müəssisələr onlayn iş rejiminə keçdi və ya fəaliyyətlərini tamamilə dayandırmaq məcburiyyətində qaldı.

Heç kimə sirr deyil ki, ölkə iqtisadiyyatı əsasən neft ixracından asılıdır. Əlbəttə ki, neft qiymətlərindəki dəyişiklik, demək olar ki, koronavirus pandemiyasının başlaması ilə üst-üstə düşərək Azərbaycan iqtisadiyyatı üçün əsas təhlükəyə çevrildi. Yarım il ərzində ÜDM istehsalı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,7% azalıb.

Bununla yanaşı, zəruri iqtisadi və maliyyə imkanlarına sahib olan Azərbaycan bir çox mənfi halların yaranmasının qarşısını almağı bacardı.

Belə ki, 16 mart tarixində Azərbaycan Prezidenti əhaliyə sosial dəstək verilməsi və iş yerlərini qorumaq üçün tədbirlər planını təsdiq edən fərman imzaladı. Plan 4 istiqamətdən ibarət idi: 1) iş yerlərini maksimum dərəcədə qoruyub saxlamaq, ixtisarların qarşısını almaq və əmək haqqının saxlanması üçün dövlət qurumlarında çalışanlara dəstək; 2) özəl sektora dəstək - koronavirus pandemiyası nəticəsində dəymiş zərəri ödəmək və ixtisarların qarşısını almaq 3) rəsmi olaraq işsiz və gəliri olmayanlara dəstək. Burada söhbət bütün rəsmi işsizlərə 190 manat ödənişin verilməsindən gedir 4) əhalinin həssas təbəqələrinə, əlillərə, aztəminatlı ailələrə dəstək - əvvəllər olduğu kimi koronavirus zamanı sosial müavinətlərin verilməsini təmin etmək.

İxrac və idxal olunan məhsullarda qiymət artımının qarşısını almaq üçün Azərbaycan manatının məzənnəsinin sabitliyini qorumaq da vacib idi.

Prezidentin 19 mart 2020-ci il tarixli fərmanı ilə Koronavirusa Dəstək Fondu yaradıldı və pandemiya ilə mübarizə tədbirlərində maliyyə dəstəyi, o cümlədən əmək bazarına dəstək verildi.

Vergi güzəştləri və bir sıra sahibkarlara sosial dəstək verilməsi haqqında qanun qəbul edildi. Vergi güzəştləri həm Bakıda, həm də bölgələrdə koronavirus pandemiyasının təsir etdiyi bütün mikro sahibkarlara şamil edildi. Hökumət bir çox biznes strukturlarına fəaliyyətlərini təmin etmək üçün aşağı faiz dərəcələri ilə kreditlər təklif edilməyə başladı.

Aylıq vergi ödəyən rəsmi qeydiyyata alınan işçilərə son aylar ərzində vergilərin bir hissəsi geri qaytarıldı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gördüyü böyük işləri qeyd etmək istəyirəm. Bu gün nazirlik əhalinin 48 faizinə müxtəlif növ sosial dəstək göstərir. Buna baxmayaraq, yenə də nazirliyin ünvanına tənqid səslənir, çünki insanlar bu strukturdan çox şey gözləyirlər.

Pandemiya zamanı aparılan islahatlar sayəsində əvvəllər rəsmi müqavilələr olmadan kadrların xidmətlərindən istifadə edən bir çox müəssisə işçilərini rəsmi qeydiyyata almağa məcbur oldu. Daxili bazarın inkişafını stimullaşdırmaq üçün bölgələrdə kənd təsərrüfatı sənayesinin inkişafına dəstək verildi.

Ancaq eyni zamanda, əlbəttə ki, bəzi şirkətlər ixtisarlarla qarşılaşdılar, kiçik və orta sahibkarlar ciddi itkilər Verdi, resurs çatışmazlığı hiss olunmağa başlandı. Bu gün yeni işçilərin işə qəbulu demək olar ki, baş vermir.

Vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq deyə bilərəm ki, bir çox QHT də koronavirus pandemiyası zamanı əziyyət çəkib və müəyyən itkilərə məruz qalıb. İcra edilən layihələrin əksəriyyəti dayandırılıb, ya da onlayn formata keçirilib, lakin bu əvvəlcədən planlaşdırılan effekti əldə etməyə imkan vermir.

Post-pandemiya dövrü həm Azərbaycan iqtisadiyyatı, həm də bütün dünya üçün olduqca çətin olacaq. Diqqətinizi yaxın dostumuz, Nobel mükafatı laureatı Məhəmməd Yunusun bu yaxınlarda yayılması üçün bizə göndərdiyi post-pandemiya proqramına yönəltmək istərdim. Konsepsiyada, O, yalnız insanların problemlərini həll etmək üçün yaradılan yeni bir fəaliyyət formasına - əsas rolun sosial biznesə verilməsini təklif edərək mövcud iqtisadiyyatın yenidən qurulması üçün proqram təqdim edib. Məncə bu, bütün ölkələrin o cümlədən Azərbaycanın da nəzərə almalı olduğu çox vacib bir məqamdır. Konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, koronavirus böhranı bizə demək olar ki, hər şeyi yenidən başlamaq üçün sonsuz imkanlar təklif edir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı