“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) də əməkdaşı, Əməkdar incəsənət xadimi Etibar Babayevin ölümü ilə bağlı məlumat yayıb.
EDNews.net-ə daxil olan məlumatda deyilir ki, E.Babayev 1967-ci ildə Bakıda anadan olub. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olub. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunub.
Qeyd edilib ki, hazırda kanalın 5 əməkdaşı xəstəxanada koronavirusdan müalicə alır, 1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.
Xatırladaq ki, QSC-nin rejissoru Samir Nemətzadə də bir neçə gün əvvəl koronavirusdan vəfat edib.