Qahirənin tarixi incisi: Səlahəddin Əyyubi qalası

Cəmiyyət 19:42 06.07.2020
Misir paytaxtındakı ən hündür təpədə yerləşən Səlahəddin qalası 1176-1183-cü illərdə Səlahəddin Əyyubinin əmri ilə müdafiə məqsədilə tikilib və inşası yeddi ilə başa çatdırılıb. Səlahəddin müdrik dövlət başçısı, həmçinin çox böyük sərkərdə olub. O, dümdüz ərazidə yerləşən Qahirədə istehkamın olmasını labüd hesab edib və əlbəttə, şəhər ərazisində yeganə olan bu təpəni - Mukattəmi seçib. Onun xələfi sultan Kamil Məhəmməd ibn Əhməd isə bu qalanı dövlətin rəsmi iqamətgahı edib. Təxminən, yeddi əsr boyunca Tunisdən Yəmənədək olan ərazidə yerləşən qüdrətli dövlət məhz bu qaladan idarə edilib.
 
Səlahəddin qalasının tarixi haqqında AZƏRTAC-ın xüsusi müxbirinə məlumat verən tədqiqatçı alim, Qahirə Universitetinin professoru Seymur Nəsirov bildirib ki, Misir, İraq, Hicaz, Suriya, Yəmən, Fələstin və Liviyanın hökmdarı, görkəmli sərkərdə Səlahəddin Əyyubi 1187-ci ildə üçüncü Səlib yürüşünə çıxan xaçpərəst ordularını darmadağın edib, Tampliyer ordeninin böyük magistri Jerar de Ridforu əsir alıb. Lakin ədaləti ilə ad çıxarmış müsəlman sərkərdə Qüdsdə xristianlara etiqad azadlığı verib. İngiltərə kralı Şir ürəkli Riçard onu rəşadətinə görə öz dostu elan edib. Professor əlavə edib ki, bəzi mənbələrdə Səlahəddin Əyyubinin milli mənsubiyyəti ilə bağlı yanlış məlumatlar yerləşdirilib. Əslində, görkəmli sərkərdə azərbaycanlıdır və onun mənsub olduğu Əyyubilər nəsli Azərbaycanın şimalında yerləşən Duvin şəhərindən orta şərqə köçüb. Tədqiqatçı alim bununla bağlı tarixi mənbələri Misirin nüfuzlu universitetlərində təşkil edilən elmi konfranslarda da diqqətə çatdırıb. O, Qahirə Universitetinin ədəbiyyat fakültəsində “Azərbaycanı tanı” mövzusunda keçirilmiş simpoziumda özlərinin erməni kimliyini gizlədən opponentləri ilə bu barədə elmi mübahisə aparıb, onları dəlil və sübutlarla susdurub.
 
Tədqiqatçı alim əlavə edib ki, Səlahəddin Əyyubi ilə bağlı araşdırma apararkən Vikipediyada mövzu ilə bağlı geniş bir məqalədə ermənilər yalan məlumatlar yayaraq, saxtakarlıq etməyə çalışıblar. Belə ki, onlar Səlahəddinin Ermənistandan olduğunu qeyd ediblər və bu qeydlərdə böyük ərəb tarixçisi İbn Əsirin "Əl-Kəmil" və İbn Xallikanın "Vəfiyyətul Əyan" kitablarına istinad ediblər. “Halbuki onların göstərdiyi bu mənbələrdə Səlahəddin Əyyubinin azərbaycanlı olduğu qeyd olunub. Hətta İbn Xallikan, Səlahəddin Əyyubi başda olmaqla Əyyubilərin Azərbaycanın şimalında yerləşən Duvin şəhərindən olduğu haqda tarixçilərin yekdil rəy verdiklərini qeyd edir. Bundan əlavə Səlahəddin Əyyubi ilə bağlı oxuduğum əsərlərdə, Misiri işğaldan azad edilməsi zamanı ermənilərin ona qarşı müharibə etdiyini, Səlahəddinin isə qələbə çalaraq onları darmadağın etdiyi barədə xəbərlərə rast gəldim”, -deyə S.Nəsirov əlavə edib.
 
Səlahəddin qalasının digər qədim tarixi abidəsi Məhəmməd Əli məscididir. Osmanlı imperiyası dövründə Misir hakimi Məhəmməd Əli paşa 1830-1848-ci illərdə qalada öz adını daşıyan məscid tikdirib və iqamətgah kimi istifadə edib. Ölkənin mədəni həyatındakı bir sıra yeniliklər Məhəmməd Əlinin apardığı islahatlarla bağlıdır.
 
Qahirənin ən hündür yerində yerləşən bu məscidin həyətindən bütün şəhəri seyr etmək mümkündür. Məscid memarlığı və oyma bəzəklərinin zənginliyi ilə fərqlənir.
 
Osmanlı imperiyası dövründə Misirdə məscidlərin əksəriyyəti türk memarlığı üslubunda - böyük, yarımdairəvi günbəzlər, şişuclu minarələrlə inşa edilirdi. Məhəmməd Əli məscidi İstanbuldakı tarixi Ayasofiya məbədinə oxşar inşa edilib. Burada eyni vaxtda beş minədək adam namaz qıla bilər. Qədim qalanı və məscidi görmək üçün hər il on minlərlə xarici turist gəlir.
 
Səlahəddin qalasının içərisində sultan əl-Nəsr Məhəmməd məscidi də Misirin qədim tarixi abidələrindən biridir. XIII əsrin sonlarında kiçik fasilələrlə üç dəfə taxta çıxan Misirin sultanı olmuş bu hökmdarın da qıpçaq türkləri nəslindən olduğu tarixi mənbələrlə sübut edilib.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı