Bizimkilər - Jalə Sabirqızı: “Ailəm mənim yeganə sərvətimdir...” - FOTOLAR

Cəmiyyət 11:34 07.07.2020
Modern.az saytı “Bizimkilər” rubrikasına davam edir. Biz bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikanın budəfəki qonağı İctimai Televiziyadakı “Biznes Azərbaycan” verilişinin ssenari müəllifi və redaktoru Jalə Sabirqızıdır.
 
 
 
Jalə Sabirqızı Tərtər rayonunda anadan olub. Orta təhsilini rayonda 1 saylı orta məktəbdə alıb. 1999-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya fakültəsini bitirdikdən sonra mətbuatda fəaliyyətə başlayıb. Bir sıra mətbu orqanlarda, o cümlədən “Reytinq”, “Yeni Zaman”, “Ekspress” qəzetlərində müxbir, parlament müxbiri olub. Parlament Jurnalistləri Birliyində təmsil olunub.
2007-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində fəaliyyət göstərir. Bu illər ərzində “Yekun” analitik, “Carçı” informasiya proqramlarının redaktoru, çoxsaylı sənədli filmlərin ssenari müəllifi, “İqtisadiyyat xəbərləri”, “Diqqət mərkəzi”, “İqtisadiyyat”, “Qarabağ sərvətləri”, “Media ilə üz-üzə” verilişlərinin aparıcısı olub. Hazırda “Biznes Azərbaycan” verilişinin ssenari müəllifi və redaktorudur. Bir sıra ictimai-siyasi proqramların hazırlanmasında iştirak edir. Ailəlidir, 3 övladı var.
 
 
 
- Xanım həmkarlara adətən ilk olaraq bu ənənəvi sualı veririk: Jurnalist olmaq istəyinizə ailədə qarşı çıxan oldu?
 
 
- Təbii ki, sizin xanım həmkarlara bu sualı ünvanlamağınız səbəbsiz deyil. Əvvəlcə onu deyim ki, Azərbaycan qadını öz dərin zəkası, istedadı, bacarığı ilə istənilən sahədə uğur qazanmağa qadirdir. Mediada da öndə olan, örnək sayılan peşəkar xanım jurnalistlərimiz az deyil. Buna baxmayaraq, hələ də qızlarımızın jurnalist olmasına, tanınmasına, ictimai rəydə söz sahibinə çevrilməsinə mane olan ailələr var. Çox təəssüf ki, dövr dəyişir, dünya inkişaf edir, amma bəzi ailələrin bu məsələyə baxışı dəyişmir ki, dəyişmir. Bizim ailədə belə olmayıb. Ailədə 5 övladıq, hamımız da ali təhsilli. Həm ixtisas, həm də peşə seçimində ailəmdən dəstək görmüşəm. Jurnalistikaya həvəsim məktəb illərindən olub. Orta məktəbdə “divar qəzeti” hazırlayır, radio qovşağında çıxış edirdim. Rayon qəzetində bir neçə məqaləm də çıxmışdı. Qəzet və jurnallara abunə olub, çoxlu mütaliə edirdim. Hətta valideynlərimin rayonun Mərkəzi Kitabxanasına üzvlük vəsiqəsi ilə o qədər kitab götürüb oxumuşdum ki, adları “ən fəal oxucular” kimi rayon qəzetində dərc edilib, təşəkkür elan olunmuşdu. Mənim uşaqlıq illərimin yarısı Sovet İttifaqı, yarısı müstəqillik dövrümüzə düşüb. Sonra Ermənistanın Dağlıq Qarabağ və ərtaf rayonlarımızı işğal etməsi, qanlı müharibələr, yaşanan faciələr, təmas xəttində yerləşən Tərtər rayonunun mütəmadi olaraq düşmənin artilleriya hücümlarına məruz qalması... Orta təhsilimi belə çətin şəraitdə başa vurmuşam. Həmin dövrdə mövcud olan ictimai-siyasi vəziyyət, siyasi elmlərə marağın artması ali məktəbə ixtisas seçimimdə rol oynadı. Amma tale elə gətirdi ki, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsini bitirdikdən sonra mətbuatda fəaliyyətə başladım. Sonra isə İctimai Televiziyaya gəldim. Və artıq 21 ildir ki, jurnalistikadayam.
 
- Fəaliyyətiniz boyu həm ekranda olmusunuz, həm də ekran arxasında... Hansı “cəbhədə” olmaq daha çətindir, öndə ya arxada?
 
 
- Əslində, hər ikisi çətin və məsuliyyətlidir. Televiziya komanda işidir, ağır zəhmət tələb edir. Burada təkcə aparıcı yox, layihə rəhbəri, redaktor, rejissor, operator, montajor və digərlərinin böyük əməyi var. Aparıcı daim mütaliə etməli, ictimai-siyasi sahədə baş verən hadisələr barədə məlumatlı olmalı, müzakirəyə çıxardığı mövzuda müsahiblə müəyyən fikir mübadiləsi aparmağı bacarmalıdır. Amma ekran arxasında çalışan işçilərin, o cümlədən redaktorun işi heç də asan və az məsuliyyətli deyil. İnformasiyalı, analitik təfəkkürlü olmaq, verilişin maraqlı olmasına çalışmaq, canlı yayımda operativ davranmaq şərtdir. İstər ekranda olan, istərsə də ekran arxasında çalışan əməkdaşların əsas vəzifəsi verilişi tamaşaçıya maraqlı və qüsursuz təqdim etməkdir. Proqramın hazırlanmasında ani buraxılan səhv bütün komandanın zəhmətini heçə endirə bilər.  
 
 
- Aparıcı kimi fəaliyyətdən niyə imtina etdiniz? Efirdə çox qalmaq istəmədiniz?
 
 
- Xeyr, təbii ki, bu belə deyil. Hansısa telelayihədə efir arxasında çalışmaq aparıcılıqdan imtina etmək təəssüratı yaratmamalıdır. Televiziyada layihədən asılı olaraq ekran önündə və ya kadr arxasında çalışmaq normal haldır. Mən uzun illər müxtəlif verilişlərin aparıcısı olmuşam. Hazırda çalışdığım verilişlərdə isə üzərimə düşən vəzifə fərqlidir. Jurnalist yaradıcı şəxsdir. Efirdə görünmədən də tamaşaçıya maraqlı proqram təqdim etmək, ortaya yaxşı araşdırma qoymaq olar. Hansısa layihədə efir önündə çalışmağım da mümkündür. İctimai Televizyanın rəhbərliyi peşəkarlardan ibarətdir. Tamaşaçıların maraqla qarşıladığı telelayihələrin hazırlanması hər zaman diqqət mərkəzindədir.
 
 
- Çox vaxt televiziyalarımızda aparıcıların nitq qüsurunun olması müzakirə edilir və irad bildirilir. Sizcə, bu cür problemlərin yaranmasında əsas səbəb nədir?
 
 
- Bu barədə dilçi mütəxəssislərin fikir yürütməsi daha doğru olardı. Amma onu deyə bilərəm ki, televizyada ədəbi dil qaydalarına riayət olunması mütləqdir. Aparıcının nitqi aydın, səlis olmalıdır. Vurğu düzgün istifadə olunmalı, intonasiya doğru seçilməlidir. Ona görə də aparıcı olmaq istəyən şəxs nitqi üzərində çalışmalı, mütəxəssisdən də dərs almalıdır. Düzdür, aparıcılarla bağlı ara-sıra belə iradlar səslənir. Amma teleməkanda gözəl, səlis nitqi olan aparıcılarımız çoxdur. Onu da deyim ki, düzgün tələffüz, cümlə quruluşunda üslub səhvlərinə yol verməmək təkcə aparıcı yox, kadr arxası mətn səsləndirən müxbirlər üçün də vacibdir.
 
- İqtisadiyyat sahəsi üzrə ixtisaslaşmış jurnalistlərdənsiniz. Bir istiqamətdə fəaliyyət sizi sıxmır ki? Digər sahələrə maraq necədir?
 
 
- İqtisadiyyat çox maraqlı, dinamik və çoxşaxəli sahədir. Əslində, maraqsız mövzu yox, maraqsız təqdimat var. İqtisadi sahədə də mövzuları sadə dildə, maraqlı təqdim etməklə tamaşaçını ekran qarşısında saxlamaq mümkündür. Üstəlik, son dövrlər dünyada iqtisadi xəbərlərin çəkisi artıb. Vətəndaşlarımız da əvvəkli illərlə müqayisədə iqtisadi xəbərlərə daha çox maraq göstərir. Məsələn, indi neftin, qızılın qiyməti və ya manatın, dolların məzənnəsi, əmlak bazarındakı yeniliklər demək olar ki, hər kəsi maraqlandırır. Bu sahədə fəaliyyət göstərmək üçün müəyyən iqtisadi biliklərə sahib olmalı, qlobal və yerli iqtisadiyyatda baş verənləri daim izləməli, araşdırma aparmağı, rəqəmlərlə işləməyi bacarmalısan. Yeri gəlmişkən, iqtisadi jurnalistika üzrə ixtisaslaşmaq üçün müxtəlif kurs və təlimlərdə iştirak edib, bir sıra müsabiqələrin qalibi də olmuşam.
 
Digər sahələrə gəlincə, mənim üçün ən həssas mövzu Qarabağ mövzusudur. İndiyə qədər bu mövzuda çoxsaylı verilişlər hazırlamışam.
 
 
- Bir zamanlar "Qarabağ sərvətləri" verilişində aparıcı idiniz. Veriliş maraqla qarşılanırdı. Proqramın bağlanmasına səbəb nə oldu? Bu istiqamətdə yeni layihə düşündünüz sonralar?
 
 
- Bəli, doğrudur. “Qarabağ sərvətləri” adlı silsilə verilişin müəllifi və aparıcısı olmuşam. Verilişin müəyyən buraxılışları bu gün də efirdə yayımlanır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində məhv edilən maddi-mədəni irsimiz, kənd, qəsəbə və şəhərlərimizə vurulan iqtisadi zərərdən, sərvətlərimizin istismar edilməsindən və beynəlxalq hüququn tələblərinin pozulmasından bəhs edən bu veriliş tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Təbii ki, hər bir telelayihənin yayım müddəti var. “Qarabağ sərvətləri”nin də yayımı konkret zaman kəsiyini əhatə etdi. Onu deyim ki, Qarabağ mövzusu prioritetdir, bu iqtiqamətdə yeni telelayihələr hər zaman aktuallığını qoruyur. Qarabağ hər birimizin yaralı yeridir. Mən Qarabağdan danışmaqdan, bu mövzuda verilişlər hazırlamaqdan heç vaxt yorulmaram. Mənim uşaqlığımın bir hissəsi Şuşada keçib. Babam əslən Şuşadan olub, orada çoxlu qohum-əqrabamız yaşayıb. Yay tətillərində Şuşaya getmişik. Sonuncu dəfə Şuşanı 10 yaşım olanda görmüşəm. Amma Şuşanın havası, ətri bu gün də burnumdadır. Cıdır düzünü, İsa bulağını necə unutmaq olar? Verilişlərin birinin çəkilişində Şuşadakı evinin açarlarını indiyədək saxlayan, bu açarları yaşadığı evin divarından asan şuşalı məcburi köçkünlə söhbət etmək imkanım oldu. Bir gün Şuşaya qayıdacağına əmin olan bu ağsaqqalın yaşarmış gözlərindəki o işığı hələ də unuda bilmirəm. Şuşa kimi işğal altında olan digər ərazilərmiz, o cümlədən Ağdam, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl hər birimizə əzizdir. İnanıram ki, torpaqlarımızı işğaldan azad edib, o yerlərə qayıdacağıq.
 
- Parlament müxbiri kimi də fəaliyyət göstərmisiniz. Həmin dövrdə xatırladığınız maraqlı hadisələr varmı? Ümumiyyətlə, fəaliyyət dövrünüzdə hansı hadisələr daha çox yadınızda qalıb?
 
 
- Mətbuatda çalışanda bir neçə il parlament müxbiri olmuşam. Həmin illərdə iclaslarda daha çox gərginliklər yaşanır, deputatlar arasında mübahisələr olur, emosional çıxışlar səslənirdi. O vaxt belə emosional çıxışlardan biri Milli Məclisin Xocalı soyqırımının 10 illiyi ilə bağlı xarici ölkə səfirlərinin iştirakı ilə keçirilən iclasında baş vermişdi. Həmin iclasda mərhum millət vəkili Şamil Qurbanovun Fransanın o vaxtki prezidentinin ünvanına dediyi sözlər, səfirlərin zalı tərk etməsi uzun müddət mətbuatın gündəmindən düşməmişdi. Zeynəb Xanlarovanın parlamentdə jurnalistlərə verdiyi müsahibə də böyük əks-səda yaratmışdı.
 
Xatırladığım daha bir məqam 2004-cü ildə Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması məsələsi gündəmə gələndə Azərbaycandan bir qrup jurnalistin Türkiyəyə səfəri və mənim də həmin heyətdə təmsil olunmağımdır. O vaxt İğdırda, Qarsda, paytaxt Ankarada müxtəlif aksiyalar, siyasi və ictimai qurumlarla çoxsaylı görüşlər keçirmişdik. Süleyman Dəmirəl, Dəniz Baykal və digərlərilə maraqlı söhbətlərimiz olmuşdu. Türkiyənin rəsmi dairələrində əminliklə söyləmişdilər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyənə qədər Türkiyə bu ölkə ilə sərhədlərini açmayacaq. Qardaş ölkə bu mövqeyini bu gün də qoruyur.
 
Televizyada da çoxlu yaddaqalan hadisələr olub. Əslində yaxşı nitqi olan müsahibin verilişdə kamera qarşısında danışmağa çətinlik çəkməsi, müzakirənin maraqlı yerində haradansa bir milçəyin peyda olub qonaqlarla “zarafat etməsi”, çəkiliş zamanı müsahibin yıxılması və sairə kimi gözlənilməz hallar yaşanıb.   
 
 
- Qəzet jurnalistinin televiziya jurnalistindən fərqi nədir? Hansı sahədə iş daha çətindir?
 
 
- Qəzet məktəbdir. Ona görə də qəzetçilik təcrübəsi olan jurnalist televiziyada özünü daha tez doğrultmağı bacarır. Mənim mətbuatda və televiziyada peşəkar jurnalistlərlə, tanınmış imzalarla birgə çalışmaq imkanım olub və onlardan çox şey öyrənmişəm. Fərqə gəlincə, qəzetdə əsas yazıdırsa, televiziyada görüntüdür. Bəzən hansısa kadr jurnalistin demək istədiyi fikirləri əvəz edir. Televiziya mətnlərində cümlələr adətən qısa, sadə, danışıq dilinə yaxın olur. Çünki qəzet oxucusunun hansısa cümləni təkrar oхumaq imkanı olsa da, tamaşaçının belə bir şansı yoхdur. Qəzetdə, saytda və ya televiziyada çalışmasından asılı olmayaraq jurnalistin vəzifəsi informasiya toplamaq və auditoriyaya çatdırmaqdır. Onu hansı üslubda və formada təqdim etmək isə artıq jurnalistin təcrübəsindən, peşəkarlığından və intellektual səviyyəsindən asılıdır. 
 
 
- Biraz da ailə-məişət mövzularına keçək... 3 uşaq anası, həm də işləyən qadın olmaq sizi yormur ki? Ailəyə zaman ayıra bilirsiniz? Ya uşaqlar sizdən narazıdır?
 
 
- Ailəm mənim yeganə sərvətimdir. İşim nə qədər ağır olursa olsun, övladlarımla birgə olanda bütün yorğunluğumu unuduram. İşdən sonra boş vaxtımı bütünlüklə onlara həsr edirəm. Uşaqların dərsləri ilə məşğul oluram. İşdən evə necə tələsdiyimi iş yoldaşlarım yaxşı bilir. Təbii ki, qadın üçün həm çalışmaq, həm də 3 övlad böyütmək asan deyil. İş, bağça, məktəb arasında qaldığım vaxtlar çox olub. Övladlarımı böyütməkdə qayınanamın mənə böyük köməyi olub. Yeri gəmişkən, qayınana ilə birgə yaşamağın ən böyük üstünlüyü də məhz budur. Qızlarımın 15 və 12, oğlumun 9 yaşı var. Övladlarımla dost olmağa, onların sevgi ilə böyüməsinə, humanist, vətənpərvər olmasına çalışıram. Mən ailə dəyərlərinə, milli adət-ənənələrə bağlı biriyəm. Uşaqlarımın da belə olmasını istəyirəm. Düşünürəm ki, ən düzgün tərbiyə üsulu yaxşı nümunə olmaqdır.
 
 
- Həyat yoldaşınız necə, bu məsələlərdə sizə yardımçı olur? O da mətbuat nümayəndəsidir, ya fərqli sahənin adamıdır?
 
 
- Həyat yoldaşım Tanrının mənə hədiyyəsidir. Onunla eyni qrupda oxuyub, sevib ailə qurmuşuq. Həyat yoldaşımın dəstəyi olmasaydı, bu gün bəlkə də jurnalistikada olmazdım. Qarşılıqlı sevgi, hörmət və etibar - budur bizim ailənin uğur düsturu. Bu düsturla o qədər çətin problemləri həll etmişik ki.. Həyat yoldaşım mətbuatda deyil, fərqli sahədə çalışır.
 
 
- Böyük qızınız artıq abituriyent olmalıdır. Hansısa sahəyə yönəltmisiniz? Uşaqlar arasında jurnalistikaya marağı olan var?
 
 
- Böyük qızım bu il 10-cu sinifə keçir. Dəqiq elmlərə marağı böyükdür. İxtisas seçimini öz ixtiyarına buraxmışıq, hansı sahəni seçsə, dəstək verəcəyik. İndi texnologiyalar dövrüdür, proseslər sürətlə dəyişir, yeni-yeni ixtisaslar yaranır. Bu gün aktual olan peşələr növbəti il əmək bazarında əhəmiyyətini itirə bilər. Necə ki, biz indi bunu müşahidə edirik. Bu gün artıq 5–ci sənaye inqilabından danışırıq. Robot texnikası, digital platformalar, block chain, süni zəka, nanotexnalogiya, big data analizləri günümüzün reallığıdır. Bütün bunlar təbii ki, istehlakçı davranışında, əmək bazarında dəyişiklik yaradır. Kiçik qızım 7-ci, oğlum isə 4-cü sinif şagirdidir. Onlar hələ ki, informasiya texnologiyalarına maraq göstərirlər.   
 
- Karantin rejimi hərəyə bir cür təsir göstərdi, bəziləri psixoloji problemlərinin də yarandığını bildirdi. Mövcud rejim Jalə Sabirqızına necə təsir edib?
 
 
- Ümumiyyətlə, pandemiya bütün dünyanı silkələdi. Elə bir dövlət, elə bir sahə olmadı ki, bu yeni bəladan zərər çəkməsin. Karantin rejimi insanların sağlamlığı və təhlükəsizliyi üçün tətbiq olunur və bunu normal qarşılayıb, stress yaşamadan həyat tərzimizi, işimizi “COVİD-19”a uyğunlaşdırmalıyıq. Bu gün dünyanın tanınmış şirkətləri “COVİD-19” strategiyası qəbul edib, qarşıdakı bir neçə illik fəaliyyətini bu plana uyğun qurur. Biz də bu virusla yaşamağa adət edib, yeni davranış qaydalarımızı müəyyənləşdirməliyik. Bilməliyik ki, infeksiya sovuşanadək maska taxıb sosial məsafə saxlamalı, dezinfeksiya vasitələrindən istifadə etməliyik. Mən də, ailəm də özümüzü bu cür yaşamağa alışdırırıq. Onu da deyim ki, sərt karantin rejiminin zərərləri ilə yanaşı, xeyri də var. Ailəcə bir yerdə daha çox vaxt keçiririk və bundan şikayətçi deyilik. 
 
Pandemiyanın işə təsirinə gəlincə, redaktoru olduğum “Biznes Azərbaycan” verilişində indi daha çox videobağlantılara üstünlük veririk. Verilişilərin məzmununda da infeksiyanın “yükü” artıb. Pandemiyanın iqtisadiyyatın ən müxtəlif sahələrinə təsirini araşdırır, sahibkarların üzləşdiyi problemləri ictimailəşdirib aidiyyatı qurumların diqqətinə çatdırırıq. Həmçinin dövlətin biznesə dəstək tədbirlərini mütəxəssislərin iştirakı ilə daha təfərrüatlı müzakirə edir, yenilikləri, beynəlxalq maliyyə qurumlarının hesabat və proqnozlarını diqqətdə saxlayırıq. Bir sözlə, “COVİD-19”la yaşayıb, onunla işləyirik.
 
 
- Atanızın adını təxəllüs olaraq götürmüsünüz. Deyəsən ataya bağlı olan qızlardansınız...
 
 
- Elədir, atamın adını mətbuatda fəaliyyətə başlayandan təxəllüs götürmüşəm. Bu, atama olan hədsiz sevgidən, bağlılıqdan irəli gəlib. Məsuliyyətimi isə ikiqat artırıb. Atam mənim üçün halal zəhmətin, dürüstlüyün, mərdliyin simvoludur. O, həmişə mənimlə fəxr edib, mənə güvənib, inanıb. “Mənim qızım yanlış qərar verməz” deyib, təhsil, iş, ailə ilə bağlı qərarlarımı dəstəkləyib, mənə arxa, dayaq olub. Bu gün öz ayaqlarım üzərimdə dura bilirəmsə, bunu Atama borcluyam. Atamın vəfatı həyatımda aldığım ən böyük zərbə oldu. Mən atamın timsalında ən yaxın dostumu, sirdaşımı itirdim. Artıq 1 il 8 aydır ki, hər yerdə gözüm Onu axtarır. Ölənə qədər atamın adını imzamda yaşadacağam.
 
 
- Ağır iş qrafiki sizdə jurnalistikadan uzaqlaşmaq istəyi yaradıb?
 
 
- Hər bir işin öz çətinliyi var. Əsas odur işini sevəsən, peşə borcunu vicdanla yerinə yetirəsən. Bu zaman iş qrafiki sənə ağır gəlmir. Düzdür, jurnalistika daha çox əmək, fədakarlıq tələb edir. Buna baxmayaraq, işimi sevirəm və jurnalistikadan uzaqlaşmaq fikrim yoxdur.
 
 
- Sirr deyilsə, özünüzlə bağlı xüsusi arzu və istəyiniz varsa, bilmək istərdik..
 
 
- Təbii ki, şəxsi inkişaf mənim üçün hər zaman prioritetdir. Ona görə də müasir bilik və bacarıqlar əldə etməkdən, bildiklərimi inkişaf etdirməkdən heç vaxt çəkinmirəm. Ən böyük arzum və istəyim isə özümdən daha çox övladlarımla bağlıdır. Onların təhsilli, dünyagörüşlü, ölkəmiz üçün layiqli vətəndaş olması mənim bu həyatdakı missiyamın uğurlu sonu olacaq.
 
 
 

 

Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə

Xəbər xətti

Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18:20 18.03.2024
Azərbaycan Premyer Liqasının klubları cərimələnib
18:08 18.03.2024
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
18:00 18.03.2024
Məşhur aktyor Afrikada şəhər tikəcək
Məşhur aktyor Afrikada şəhər tikəcək
17:45 18.03.2024
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
17:35 18.03.2024
Şimali Koreyanın növbəti lideri bəlli olub
Şimali Koreyanın növbəti lideri bəlli olub
17:30 18.03.2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları YARADILACAQ
17:26 18.03.2024
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə
17:21 18.03.2024
YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək
17:19 18.03.2024
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
17:15 18.03.2024
Ceyhun Bayramov Türkiyəni təbrik etdi
17:08 18.03.2024
“Azərbaycan Qarabağdakı yenidənqurma işləri ilə dünyaya nümunə olacaq” – Məhəmməd Yunus
17:00 18.03.2024
Ötən həftə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI
16:56 18.03.2024
Hamısı