“Böyükşordakı vəziyyət xəstəliklərin artmasına səbəb ola bilər” FOTO

Cəmiyyət 15:49 08.07.2020

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Böyükşor gölündə apardığı analizlərin nəticəsində ionun və bəzi maddələrin normadan artıq olduğu deyilən rəsmi açıqlamanın ətrafında müzakirələr yaranmağa başlayıb. 

Açıqlamada ümumilikdə ionların normadan 11.6  dəfə çox olduğu qeyd olunur. İon miqdarının göldə 11 dəfədən artıq olması göstəricisinin həm ümumi ekologiyaya, həm canlı aləmə mənfi təsir etdiyi bildirilir. Bu rəqəmin normaya qayıtması üçün uzun müddət vaxt lazım olduğu qeyd edilir. Eyni zamanda, ürək-damar xəstəliklərinin, tənəffüs yolları, onkoloji xəstəliklərinin sayının artmasına da səbəb olduğu vurğulanır.

“Qafqazinfo” bununla bağlı tibb elmləri doktoru, professor Adil Qeybulladan münasibət öyrənib. O bildirib ki, ion miqdarının artıq olması Böyükşor gölü hövzəsində yaşayan, eyni zamanda, Bakı əhalisi üçün sözügedən xəstəliklərin artmasına səbəb ola bilər: “Bilirsiniz ki, külək havaya buxarlanan müxtəlif zərərli maddələri bütün şəhərə daşıya bilər. Bakı da küləkli şəhərdir. İkincisi, həmin sular müəyyən yerlərdən süzülüb insanların səhhətinə də ciddi təsir edə bilər. Bilirsiniz ki, artezian suyundan istifadə edənlər var. Bunları araşdırmaq lazımdır. Təəssüflər olsun ki, ekoloji təhlükəsizlik bu gün Azərbaycanda ən unudulmuş sahədir. Bu göl ətrafında canlı aləmin də məhvinə səbəb ola bilər. Azərbaycanda su hövzələrinin son mənbəyi Xəzər dənizidir. Xəzər dənizi nə qədər böyük su hövzəsi olsa da, okeanla əlaqəsi olmadığına görə, onun təmizlənməsi o biri dənizlərə nisbətən pisdir. Xəzər dənizində nadir nərə balığı növləri var. Bütün bunlar son nəticədə Xəzər dənizinin çirklənməsinə gətirib çıxarır. 

Toksiki maddələr insan orqanizminə müəyyən konsentrasiyada düşdükcə birbaşa xəstəlik törətməsə də, yavaş-yavaş bədəndə kuliminasiya olunur. Xüsusilə ağır metal duzları, digər toksiki maddələr orqanizmə neqativ təsir edir. Bundan isə xeyli insan, bütövlükdə genefond əziyyət çəkir. Əgər yol verilən həddən artıq zəhərli maddənin su hövzələrində, torpaqda konsentrasiyası varsa, bu zaman həyəcan təbili çalınmalıdır və konkret tədbirlər görülməlidir”.

A. Qeybulla xatırladıb ki, vaxtilə Milli Aerokosmik Agentliyi Araz, Kür çayı və müxtəlif su hövzələrində çirkli tullantıların, fenomen, xüsusilə də radioaktiv tullantıların miqdarıyla bağlı tədqiqatlar aparıb: “Bəzi tullantılar ümumiyyətlə çirkab sularına axıdıla bilməz. Onlar xüsusi üsulla utilizasiya olunmalıdır. Ətraf mühiti və içməli su hövzələrinin çirkləndirən müxtəlif maddələrin neytrallaşdırılması üçün də tədbirlər görülməlidir. Dünyanın əksər ölkələrində bu gün zavod və istehsal tullantılarının neytrallaşdırılması, zərərsizləşdirilməsi üçün xüsusi qaydalar var. Təəssüflər olsun ki, bizdə o qaydalar yoxdur. Xüsusilə yanğından sonra tullantların gölə axıdılması müəyyən edilib. Əlbəttə, bu nə vaxtsa gəlib özünü təhlükəli həddə çatdırmalıdır. O zavodu işlədənlər əvvəlcədən bütün təhlükəsizlik məqamlarını nəzərə almalı idilər”.

ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib ki, analizlərin bir qisminin nəticəsi əldə olunsa da, bəzilərinə bir az zaman lazımdır. “İlkin nəticələrə görə, Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır. Boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, onun təmizlənməsi üçün tədbirlər görüləcək. Həmçinin burada müəyyən məsuliyyət məsələsi də ortaya çıxacaq”.

“Sobsan” boya fabrikinin direktoru Orxan Allahverdiyev isə ötən gün   tullantıların Böyük Şor gölünə axıdılmasıyla bağlı məlumatın düzgün olmadığını bildirmişdi: “Biz əraziyə qum tökmüşük və təmizləmə həyata keçiririk. Hazırda ərazi palçıqlıdır. Orada tullantı yoxdur. Bundan əlavə, boya kəskin iyə sahib deyil. Buna görə də, ötən gün şəhərdə yayılan kəskin qoxunun boya iyiylə əlaqəsi yoxdur”. 

“Azərsu” ASC-nin yaydığı məlumata görə də ərazidə araşdırma aparıblar və məlum olub ki, 3 gün əvvəl yanğın baş vermiş “Sobsan” boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülüb: “Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı