Yollara səpilən xlor məhlulunun təsiri insanı komaya da sala bilər

Cəmiyyət 10:19 11.07.2020

Bu günə qədər koronavirusla əlaqəli paytaxt Bakı üzrə 7 dəfə kütləvi dezinfeksiya işləri aparılıb. Bu işlər həm mərkəzi, həm də Bakıətrafı qəsəbələrin küçələrini əhatə edib. Asfaltlara tökülən tonlarla xlor maddəsinin insan orqanizminə zərərlərindən də şikayət edənlər var.

Bəzən paytaxt sakinləri dezinfeksiya məhlullarının iyisini götürə bilmədiklərini, hətta nəfəs almaqda çətinlik çəkdiklərindən şikayət edirlər.

Səhiyyə eksperti Adil Qeybulla “Report”a açıqlamasında deyib ki, dezinfeksiya məhlulu olan yerdə, onun buxarlanması dövründə insanların çölə çıxması məsləhət deyil: “Bunun üçün də əvvəlcədən əhaliyə xəbərdarlıq edilir ki, bu müddət ərzində küçədə gəzmək olmaz. Bütün hallarda dezinfeksiya məhlullarının iyisi insan orqanizmi üçün ziyanlıdır. Misal olaraq, adi xlor məhlulunun belə böyük miqdarda bədənə daxil olmağı həm zəhərlənmə verə bilər, həm də qıcıqlanmaya səbəb ola bilər”.

A.Qeybulla əlavə edib ki, müxtəlif məqsədlə istifadə olunan bütün dezinfeksiya maddələrinin insan orqanizmi üçün toksik təsiri var: “Xüsusilə də dezinfeksiya məhlulunun böyük doza istifadəsinin təsiri daha böyükdür. Ona görə də mülki vətəndaşlar belə halda çölə çıxmamalıdır. Bu zaman küçədə olan şəxsdə yanaşı gedən hər hansı xəstəlik varsa, onda problem daha ciddi özünü biruzə vermiş olar. Sağlam insanlara isə maddələrin təsiri onların aldığı dozadan asılı olaraq təsir göstərmiş olur. İlk olaraq halsızlıq, sonra isə hətta komaya düşmə qədər ağır fəsadı müşahidə edilmə ehtimalı var. Əgər məhlulun dozası artıq olarsa bir neçə dəfə nəfəs almaq kifayətdir. Yəni maddənin tərkibinin dozasının az və ya çox olmasından asılıdır. Məsləhət görərdim ki, ev və məişət şəraitində dezinfeksiya məhlulunun istifadəsində belə maska istifadəsi zəruridir”.

Dezinfeskiya işləri nə qədər ərazini əhatə edib və hansı intervalla aparılmalıdır?

Bu məsələ ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dezinfeksiya ediləcək küçələri mütəxəssislər daha çox ictimai nəqliyyatın istifadəsi və piyadaların çoxluğuna görə müəyyən edir: “Dezinfeksiya işləri başlayan vaxt ilk dəfə 150 küçə deyilmişdisə, bu rəqəm 200-ün üzərində oldu. Son gücləndirilmiş dezinfeksiya işlərində isə 544 küçə təmizləndi. Həmin küçələr də xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib. Mütəxəssislərin rəyinə görə dezinfeksiya işlərində istifadə olunan məhlulların insan orqanizminə mənfi təsiri yoxdur. Çünki həmin məhlullar mütəxəssislərin təlimatlarına uyğun olaraq su ilə qarışdırılır”.

Həmçinin qeyd olunub ki, küçələrin gücləndirilmiş dezinfeksiya işləri iki həftədən bir aparılmalıdır: “Hər dezinfeksiya işlərinin arasında 12-14 günlük ara məsafəsi mütləqdir”.

Bəs rəsmi qurumlara dezinfeksiyanın mənfi təsiri barədə müraciət daxil olubmu?

Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov “Report”a açıqlamasında dezinfeksiya işlərini ancaq qapalı məkanlarda, eləcə də koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda, poliklinikalarda apardıqlarını bildirib: “Dərmanlarımız Səhiyyə Nazirliyindən alınır və hamısının da sertifakatı var. Bu günə qədər də heç bir mənfi təsiri barədə bizə məlumat daxil olmayıb. Dezinfeksiya müddətindən 1 saat keçənə qədər həmin yerlərdən istifadə olunmaması barədə tövsiyələrimizi də veririk”.

Mərkəz rəhbəri vurğulayıb ki, xəstəxanalarda xəstə olan palatalarda bu işlər həyata keçirilmir: “Bu gün ocaqlı yerlərin dezinfeksiya işləri ilə məşğuluq. Xəstəxanadan bizə məlumat verilir ki, palata boşdur gəlin. Ümumilikdə isə dezinfeksiya etdiyimiz yerlər 2-3 həftədən bir yenidən dezinfeksiya olunmalıdır”.

Bakıda koronavirus xəstələrini daşıyan bütün təcili tibbi yardım avtomobillərini, eləcə də Səhiyyə Nazirliyinin ev şəraitində müalicə alan xəstərlərə dərman paylayan və şübhəli xəstələrdən götürülən nümunələri laboratoriyaya çatdıran nəqliyyat vasitələrinin hamısının mütləq şəkildə mərkəzdə dezinfeksiya edildiyinə diqqət çəkən A.Məmmədov belə edilmədi təqdirdə həmin maşınların növbəti çağırışa gedə bilmədiyini qeyd edib: “Hamısı dezinfeksiya olunur və arayış verilir. Yalnız bundan sonra çağırışa getmələrinə icazə verilir. Bu günə qədər işçilərimiz arasında heç bir koronavirusa yoluxan yoxdur, çünki bütün qaydalara ciddi riayət edilir. Qoruyucu vasitələrlə təmin edilmişik və növbəti dezinfeksiya işlərini görmək üçün istifadə edilən vasitələr mütləq şəkildə yenilənir”.

Rəsmi qurumlar dezinfeksiya məhlulunun elə bir ciddi fəsadı olmamasını deyərək eyni zamanda insanları ehtiyyatlı olmağa çağırır. Ancaq yenə də tonlarla xlorlu məhlulun yalnız avtomobillərin hərəkət etdiyi asfalta səpilməsinin nə dərəcədə effektiv olması barədə məsələ ictimaiyyət arasında müzakirə edilərək qalır.   

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı