Azərbaycan şəhidi ilə vidalaşdı - FOTO - VİDEO | Eurasia Diary - ednews.net

9 Avqust,


Azərbaycan şəhidi ilə vidalaşdı - FOTO - VİDEO

Cəmiyyət A- A A+

Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan çavuşu Sadıqov Vüqar Lətif oğlu torpağa tapşırılıb.

EDNews.net xəbər verir ki, şəhidimiz Ağstafa rayonu Yuxarı Göcəli kəndində dəfn edilib. 

***

Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan çavuşu Sadıqov Vüqar Lətif oğlu ilə vida mərasimi keçirilir.

EDNews.net xəbər verir ki, şəhidlə vida mərasimi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndindəki evində keçirilir. 

Dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və digər dövlət qurumlarının rəsmiləri iştirak edir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

 

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...