Ölkəmiz, xalqımız üçün indi başlıca vəzifə birlik və bərabərlikdir. Bütün ayrıseçkilik bir kənara qoyulmalıdır.
EDNews.net-in məlumatına görə, bunu “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Facebook" səhifəsində bildirib.
Ermənistan, ermənilər növbəti dəfə işğalçı mahiyyətlərini nümayiş etdirdilər! Ordumuz düşmənə layiqli cavab verdi. Allah şəhidlərimizə rəhmət eləsin! Tovuzdakı əməliyyatlar göstərdi ki, xalqımızda işğal olunmuş torpaqların azad olunmasıyla bağlı necə böyük əzm, iradə var. Bu iradə, əzm Ermənistan, beynəlxalq vasitəçilər, xüsusən ermənilərin havadarları üçün bir xəbərdarlıq olmalıdır. Xalqımız gerçəkdən VƏTƏN MÜHARİBƏSİNƏ hazırdır. Azərbayan xalqı heç bir halda işğalla barışmayacaq, bunu xəyal edənlər 18 yaşlı şəhidimizə ağlayan gözlərdəki qəzəbi görməlidir. İnsanlarımızı birləşdirən ən təsirli amil elə bu qəzəbdir, 18 yaşlı vətən övladının gözlərini əbədi yumulmasına səbəb olan erməni düşmənçiliyinə qarşı durmaqdır. Ölkəmiz, xalqımız üçün indi başlıca vəzifə birlik və bərabərlikdir. Bütün ayrıseçkilik bir kənara qoyulmalıdır, sən, mən, o, başqası, digəri yoxdur, HAMIMIZ VƏ BİZ varıq, olmalıyıq . BİZ olacağımız qədər güclüyük!