Bu nömrələrdən mesaj gəlsə cavab verməyin - erməni təxribatıdır - RƏSMİ XƏBƏRDARLIQ | Eurasia Diary - ednews.net

5 Avqust, Çərşənbə


Bu nömrələrdən mesaj gəlsə cavab verməyin - erməni təxribatıdır - RƏSMİ XƏBƏRDARLIQ

Cəmiyyət A- A A+

Ermənilər "Azərbaycanda nə baş verir?" mətni ilə 0505582881, 0552298493, +90 539 507 06 81 nömrələrdən Azərbaycan vətəndaşlarına mesaj göndərməyə başlayıblar.

EDNews.net xəbər verir ki, ermənilər bununla məlumat toplayıb Azərbaycanın planlarını öyrənir və yeni plan qururlar.

Ona görə də, vətəndaşlardan "Snapchat" və "PicsArt" programlarının mobil telefonlardan silinməsi xahiş olunur.  Çünki onların kodlarını qırıb vətəndaşlara aid olan məlumatları götürə bilirlər.

Həmçinin vətəndaşlardan diqqətli olmaq və yuxarıda qeyd olunan nömrələrdən daxil olan mesajlara cavab verməmək xahiş olunur. 

Bundan başqa, mobil telefonlara göndərilən mesajlar "İnstagram" linki kimi daxil olur. Həmin linkə daxil olmamaq, mesajı isə dərhal silmək zəruridir. 

Əgər kimsə həmin linkə daxil olacaqsa, onda telefonın içərisindəkilər ermənilərin əlinə keçəcək.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...