Vüqar Məmmədov: Azərbaycanın diaspor siyasətinin ən mühüm istiqaməti birləşmə, fəaliyyətin mərkəzləşdirilməsi və təşkilatlanmadır (MÜSAHİBƏ)

Cəmiyyət 17:51 05.08.2020
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədovun Trend-ə müsahibəsi
 
- Ermənsitan-Azərbaycan sərhədində baş vermiş erməni təxribatının dünyaya çatdırılması istiqamətində görülən işlər barədə qısaca nə deyə bilərsiniz?
 
- Baş vermiş təxribatla əlaqədar olaraq dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, ayrı-ayrı diaspor nümayəndələri, hətta uzun illər ərzində diaspor fəaliyyətində yaxından iştirak etməyən soydaşlarımız belə bir araya gələrək heç zaman olmadığı qədər həmrəylik, sarsılmaz birlik nümayiş etdirdilər. Soydaşlarımız genişmiqyaslı etiraz aksiyaları keçirdi, öz haqq səslərini dünya ictimaiyyətinə çatdırdı, bu yolda xarici dövlətləri Azərbaycan həqiqətlərindən agah etmək məqsədi ilə beynəlxalq təşkilatlara, yaşadıqları ölkələrin qanunverici və icraedici orqanlarına, dövlət təmsilçilərinə, nüfuzlu rəsmilərə, aparıcı kütləvi informasiya vasitələrinə xeyli sayda bəyanatlar, müraciətlər ünvanladılar. Aksiyalarda “Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!”, “Yaşasın Azərbaycan!”, Şəhidlər ölməz, Vətən bölünməz!" kimi şüarlar onlarla dildə səsləndirildi.
 
İyulun 12-dən avqustun 4-nə qədər 26 xarici ölkədən müxtəlif diaspor təşkilatları və fəalları 99 bəyanat verib, onların 15-i Azərbaycanlıların Koordinasiya Şuralarının verdiyi bəyanatlardır. Göstərilən tarixdə 40 ölkədə 20 dildə 180 məqalə və xəbər çap edilib.
 
Ümumilikdə 27 xarici ölkədə 71 aksiya keçirilib ki, bu aksiyalarda təqribən 25000-dən çox soydaşımız iştirak edib. Keçirilən 71 aksiyadan 36-i Avropada, 13-i ABŞ-da, 8-i isə Türkiyədə baş tutub.
 
Bu aksiyalar Azərbaycan diaspor tarixində dönüş nöqtəsi idi.
Biz aksiyalarda Azərbaycan diasporlarının koordinasiyalı, mərkəzləşdirilmiş fəaliyyətini gördük. Dost xalqların da diaspor nümayəndələri soydaşlarımızın aksiyalarına dəstək oldular.
 
Bəzi məqamlara diqqət çəkmək istəyirəm. Londonda Böyük Britanıya parlamenti və BBC teleradio korporasiyasının binaları qarşısında etiraz yürüş-mitinqi keçirilməsi təsadüfi deyil. Britaniyada yaşayan azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına və işğalçı siyasətinə etiraz məqsədilə təşkil etdikləri yürüş-mitinq BBC-nin binası qarşısından başladı. Türk icması üzvlərinin də qatıldıqları aksiyada Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalandırılıb, Ermənistanın hərbi təxribatları nəticəsində həlak olan şəhidlərimizin şəkilləri, müxtəlif şüarların yazıldığı plakat və bannerlər nümayiş etdirildi. BBC kimi nüfuzlu media korporasiyasından Azərbaycan həqiqətlərinin dürüstcəsinə işıqlandırılması, işğalçının beynəlxalq hüquq normaları və bəşəri dəyərlərlə bir araya sığmayan əməllərini ifşa edəcək xəbərlərin və reportajların yayımlanması tələb olundu.
 
Başqa bir faktı da qeyd etmək yerinə düşər ki, "Azərbaycan Diaspor Könüllüləri"nin təşəbbüsü ilə formalaşmış "Karabakh is Azerbaijan!" milli platformasının beynəlxalq qanadı yaradılıb və xarici ölkələrin gəncləri arasında "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib. Bu platforma da Qarabağ həqiqətlərinin, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynayır. Qeyd etməliyəm ki, diaspor könüllülərinin yaratdığı "Karabakh is Azerbaijan" YouTube kanalı da bu sahədə ciddi töhfələrini verməkdədir.
 
Bu və bunun kimi onlarla fakt həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynayır.
 
- Aparılan genişmiqyaslı işlərdən sonra dünya ictimaiyyətinin bu məsələyə münasibəti necədir, etirazların keçirildiyi ölkələrdə yerli sakinlərin fikirləri nədir?
 
- Əvvəlcə Prezident İlham Əliyevin Balakən regional “ASAN xidmət” mərkəzinin açılışındakı nitqindən bir fikri xatırlatmaq istəyirəm. Dövlət başçısı bildirdi ki, “Biz düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər. Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – KTMT-yə üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır. Onların əsas məqsədi məhz bu idi - dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi. Ancaq baxın, Azərbaycanı neçə ölkə dəstəklədi”.
 
Artıq dünya ictimaiyyəti həqiqətləri daha aydın görür, Azərbaycan diasporunun həssaslığını çox yüksək qiymətləndirir və bir çox hallarda əvvələr bu məsələdə bitərəf olan qüvvələr belə diasporumuzu dəstəkləməyə başlayıb. Etiraz aksiyaları, yerli sakinlərin bu məsələyə daha çox diqqət ayrımasına imkan yaratdı, xəbəri olmayanlar isə erməni işğalı barədə məlumatlanmış oldular. Eyni zamanda, erməni diasporunun aqressiv hərəkətləri yerli dövlət qurumları ilə yanaşı yerli sakinlər tərəfindən çox pis qınanıldı. Dünyadakı məşhur siyasətçilər və bir çox jurnalistlər də erməni işğalı ilə yanaşı erməni diasporunun aqressiv mahiyyətini dünyaya çatdırmağa başladılar.
 
Misal olaraq deyə bilərəm ki, Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri olan deputatlar və senatorlar Azərbaycan-Ermənistan sərhəddində Ermənistan tərəfindən törədilmiş təxribat əməlləri ilə bağlı ölkə prezidendi Emmanuel Makrona müraciət ünvanlayıb. Deputatlar Guy Bricout, Jean Pierre Door, Jerome Lambert, Jean-Luc Reitzer, senatorlar Alain Houpert, Andre Reichardt tərəfindən imzalanmış müraciətdə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayonunu 30 ilə yaxındır işğal altlında saxladığı vurğulanıb.
 
- Keçirilən aksiyalar zamanı müəyyən nöqsanlar da oldu, yerli güc strukturları həmvətənlərimizin təhlükəsizliyini tam təmin edə bilmədi, bu istiqamətdə gələcəkdə hansı qabaqlayıcı tədbirlər görüləcək?
 
- İstənilən ölkədə etiraz aksiyası keçirən şəxslərin təhlükəsizliyi yerli dövlət qurumları tərəfindən ən yüksək səviyyədə təmin edilməlidir. Çox təəssüf ki, bəzi hallarda bunun aşağı səviyyədə olması və yaxud ermənilərin polislərin olmadıqları ərazilərdə həməvətənlərimizi təkləyərək onlara qarşı hücumlar etdiklərinin şahidi olduq. Bütün hallarda yerli qurumlar bu cür faktları nəzərə almalı və maksimum işlər görməli idilər. İnanırıq ki, gələcəkdə, həmin qurumlar məsələnin həssaslığını daha yaxşı diqqətdə saxlayacaq və tədbirlər görəcəklər. Eyni zamanda, onlar erməni diasporunun əsl mahiyyətini anlayaraq bu məsələlərdə daha ciddi addımlar atacaqlar.
 
- Qarabağ münaqişəsinə diqqət çəkmək, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yaxın gələcəkdə hansı işlərin görülməsi nəzərdə tutulur?
 
- Bu həqiqətlərin dünyaya çatdırılması subyekt və obyekt görə müxtəlifdir. Subyekt olaraq komitənin özünün birbaşa və ya dolayı yolla diaspor təşkilatları və fərdlər vasitəsilə müxtəlif təbliğat üsullarından istifadə etməsi nəzərdə tutulur. Komitənin rəhbərliyi iştirak etdiyi bütün yerli və xarici görüşlərində bu həqiqəti həmişə diqqəti çatdırır. Eyni zamanda, xarici dövlətlərin eyni profilli dövlət qurumları və Azərbaycana dost olan xalqların diaspor təşkilatları ilə birgə layihələr icra edilir. Komitə xaricdə kitablar çap etdirir, xarici jurnalistlər ölkəmizə dəvət edilir və yaxud dəvət edilmədən xarici mətbuatda məqalələr çap etdirilir. Diaspor TV, Diaspor FM və bir sıra başqa layihələrimiz Komitənin əsas təbliğat vasitələridir. Diaspor təşkilatları və fərdləri də yerli siyasətçilər, qeyr-hökumət təşkilatları, mətbuat orqanları və yerli icmalar ilə əməkdaşlıq edir və sosial şəbəkələrdə çox fəaldırlar. Obyekt olaraq isə buraya Azərbaycan diasporu və xaricilər aiddir. Biz bu sahədə yaxın və uzaq hədəflərimizi müəyyən etmişik, bir sıra beynəlxalq qururmlar və nüfuzlu şəxslərlə münasibətlərimizi qurmuşuq və təbliğat kampaniyamızın xətlərini aydın müəyyən etmişik.
 
Bir məsələni də qeyd edim ki, Ermənistanın diaspor siyasətini həyata keçirən qurumun məsul şəxslərinin kütləvi şəkildə işdən uzaqlaşdırılması bir yandan Azərbaycanın diaspor siyasətinin, diaspor təşkilatlarının uğurudursa, digər tərəfdən onların daha məkrli niyyətlər ortaya qoyacaqlarının siqnalıdır. Bu bizi daha səmərəli fəaliyyət göstərməyə, daha peşəkar layihlər ortaya qoymağa, sıx birləşməyə vadar edir.
 
- Bundan sonra diasporun əsas şüarı nə olacaq?
 
- Azərbaycanın diaspor siyasətinin ən mühüm istiqaməti birləşmə, fəaliyyətin mərkəzləşdirilməsi və təşkilatlanmadır. Son illər bu sahədə ciddi addımlar atılıb. 26 ölkəni əhatə edən 11 Koordinasiya Şurasının yaranması, xaricdə “Azərbaycan evləri”-nin açılması, Azərbaycan məktəblərinin inkişafına xüsusi diqqət yetirilməsi bu işdə əvəzsiz rol oynayır. Komitənin həyata keçirdiyi beynəlxalq layihələr-“Liderliyin inkişafı”, “Beyin qazanma” proqramları, “Diaspor gənclərinin Yay Düşərgələri” və s kimi layihələr diasporun birləşməsinə və vahid platforma üzərindən hərəkət etməsinə ciddi təkan verib. Komitənin bir çox layihələrinin “Vətən uzaqda deyil” şüarı altında reallaşması Azərbaycan diasporunun əsas şüarını artıq müəyyən edib. İTV ilə birgə hazırlanan TV proqramı da məhz bu adı daşıyır-“Vətən uzaqda deyil”. Bu, sadəcə bir şüar deyil, hərəkət platformasıdır, birlik platformasıdır.
 
Pandemiya dövrü və ən əsası xaricdə keçirilən aksiyalar bizim birliyimizi bir qədər də möhkəmləndirdi. Bu müddətdə Komitə 200-dən çox beynəlxalq videokonfrans keçirdi və onun əksəriyyətində də qurumun rəhbəri birbaşa iştirak etdi.
 
Qürbətdə olan hər bir azərbaycanlı vətəninin siması olduğunu hər zaman xatırlamalıdır və hadisələr göstərdi ki, xatırlayır. Düşünürük ki, bugünkü birlik “Qarabağ Azərbaycandır!” şüarı ilə daimi olacaq.
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə

Xəbər xətti

Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18:20 18.03.2024
Azərbaycan Premyer Liqasının klubları cərimələnib
18:08 18.03.2024
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
18:00 18.03.2024
Məşhur aktyor Afrikada şəhər tikəcək
Məşhur aktyor Afrikada şəhər tikəcək
17:45 18.03.2024
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
17:35 18.03.2024
Şimali Koreyanın növbəti lideri bəlli olub
Şimali Koreyanın növbəti lideri bəlli olub
17:30 18.03.2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları YARADILACAQ
17:26 18.03.2024
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə
17:21 18.03.2024
YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək
17:19 18.03.2024
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
17:15 18.03.2024
Ceyhun Bayramov Türkiyəni təbrik etdi
17:08 18.03.2024
“Azərbaycan Qarabağdakı yenidənqurma işləri ilə dünyaya nümunə olacaq” – Məhəmməd Yunus
17:00 18.03.2024
Ötən həftə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI
16:56 18.03.2024
Hamısı