Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) əməkdaşı Malik Ayub Sumbal Azərbaycan Mətbuat Şurası tərəfindən Ali Media Mükafatına layiq görülüb.
Malik Ayub Sumbal indiyədək Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çap edilməsində xidmətlərinə görə fəaliyyətdə olduğu ölkələrdə bir sıra mükafatlara layiq görülüb.
Dünya şöhrətli geosiyasi analitik və teleaparıcı Malik Ayyub Sumbal 15 ildən artıq peşəkar jurnalist təcrübəsinə malikdir. O, 2012-ci ildə “Syracuse University Mirror" mükafatına layiq görülüb. Sirakuz Universitetinin “Güzgü” beynəlxalq media mükafatının və bir çox müsabiqələrin qalibidir. “Eurasia Diary” və “Caspian Times” media qurumlarını özündə birləşdirən “Avrasiya Media Şəbəkəsi”nin baş redaktoru vəzifəsində çalışmış Malik Ayyub Sumbal Əl-Cəzirə, CGTN, Asia Times, Gulf News, The Diplomat, CNN, Daily Sabah v.s aparıcı media qurumlarının şərhçisidir. Onun təşəbbüsü ilə "Azərbaycanın Dostları" (FOA) adlı sosial şəbəkə istifadəyə verilib.