"İnsan qərib ölkədə olanda vətəninin qədrini daha çox bilir"

Cəmiyyət 20:02 25.08.2020
Şəhla İsayeva: "Xaricdə ölkəmizin tanıtımını aparmaq azərbaycançılıq, vətənpərvərlik tələb edir"
 
 Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmalarını davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.
 
Layihə çərçivəsində Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, “Universal travel” agentliyinin vitse-prezidenti, vətənpərvər diaspor üzvü Şəhla İsayevanın KANAL 5-ə açıqlamasını təqdim edirik. 
 
 
Xatırladaq ki, Şəhla Rahib qızı İsayeva 1971-ci ildə Sabirabad rayonunda doğulub. İndiki Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 2005-ci ildə pakistanlı iş adamı Anislə ailə həyatı qurub. İki əkiz oğlanları var.
13 ildən artıqdır ki, Pakistanda yaşayan Şəhla İsayeva daima Azərbaycanının təbliğatını aparır. 
Onu da əlavə edək ki, Şəhla xanım Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidentidir. Həyat yoldaşı isə Türkiyənin Sənayeçilər və İş adamları Dərnəyinin (TUMSİAD) Pakistan üzrə rəhbəridir. Eyni zamanda “Universal travel” agentliyinin prezidentidir. Şəhla İsayeva hər iki təşkilatda vitse-prezident olaraq təmsil olunur.
Şəhla İsayeva deyib ki, xaricdə yaşayan azərbaycanlılar istər-istəməz vətənpərvər olurlar: "Çünki insan qərib ölkədə olanda vətəninin qədrini daha çox bilir. Mən Pakistana ilk gəldikdə özümü çox pis hiss edirdim və darıxırdım. Çünki bizi burada azərbaycanlı yox, türk kimi tanıtmışdılar. Onlar azərbaycalıları tanımırdılar və mən də ağlayırdım. Və sonra, Allaha şükür ki, dünya miqasında tanınan bir ölkə olduq. Prezidentimizin gördiyi işlər, səfirliklərimiz, diasporumuz azərbaycançılıq ideyası əsasında təbliğat işi apardı. Xaricdə ölkəmizin tanıtımını aparmaq azərbaycançılıq, vətənpərvərlik tələb edir. Məsələn bu pandemiya dövründə bizi Diasporla İş üzrə Dövlət Komitəsi və səfirliyimizdən aradılar.  Bizim bir qrupumuz var və məndən buradakı soydaşlarımızın vəziyyətini, halını soruşurdular. Bir çox soydaşlarımızı səfirliyimizə dəvət edib qeydiyyat apararaq lazımı dəstək göstərdilər. Yəni bunlar balaca işlər deyil. Dövlətimiz tərəfindən oydaşlarımıza olan böyük diqqətdir". 
Şəhla İsayeva bildirdi ki, Azərbaycanın  Pakistandakı səfirliyi ilə mütəmadi olaraq əlaqəli şəkildə çalışır və azərbaycançılıq ideyasını təbliğ edir: "Səfirliyimizin burada nə tapşırığı olursa, mən əlimdən gələni edirəm. Pakistandakı səfirliyimizin, eləcə də digər ölkələrin səfirliklərinin tədbirlərinə qatılıram. Biz Pakistanın Lahor şəhərində yaşayırıq. Lahorla İslamabadın arasında 400 km-ə yaxın məsafə var. Amma, buna baxmayaraq, dəvət olunan bütün tədbirlərdə iştirak edirəm. Orda Azərbaycanımız haqqında çıxışlar da edirəm, yerli xalqı məlumatlandırıram. Ayrıca səfirliyimizdən məlumat xarakterli çap materiallar götürüb Lahorda da paylayıram. Onlar bizim ölkəmiz haqqında eşitdikdə çox məmnun olurlar. Mən də bununla fərəh hissi keçirirəm".
Şəhla İsayeva deyib ki, Pakistan Azərbaycan kimi müsəlman ölkəsi olduğundan burada təbliğat aparmaq çətin deyil: "Mən gücüm çatan qədər Azərbaycanın təbliğatını aparıram və bundan sonra da bu işimi davam etdirəcəyəm. Artıq Pakistanda diaspor olaraq formalaşırıq. Düzdür, hələ diaspor təşkilatı burada yarada bilməmişik. Gələcəkdə, inşallah diaspor təşkilatı yaratmaq fikrindəyik. Amma diaspor təşkilat olmadan da ölkəmizi layiqli şəkildə təmsil edir və azərbaycançılıq ideyasını ailədə, ictimai həyatda və soydaşlarımız arasında təbliğ edirik". 
Şəhla İsayeva bildirib ki, həyat yoldaşı ilə övladları da Azərbaycanı çox sevirlər və təbliğat işlərində ona çox kömək edirlər: "Azərbaycanın təbiəti çox gözəldir.
Ona görə hər bir soydaşımızdan istəyim budur ki, Vətənimizi sevsin, azərbaycançılığı qorusun, qədrini bilsin. Mənim burada işim Azərbaycanın müsbət imicini formalaşdırmaqdır. Çalışıram Azərbaycana Pakistandan turist və iş adamlarını yönləndirim. Burada Azərbaycanı hərtərəfli tərifləyirəm və nəticədə bu insanlar Azərbaycana gəlib iş qurmaq istəyirlər. Biz Azərbaycanın Pakistanda təmsilçisi olaraq böyük işlərdən tutmuş  xırda işlərə kimi görürük".
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı