ADA Universiteti “Baku Dialogues” jurnalının yeni nəşrini və yeni veb-saytını təqdim edib

Cəmiyyət 21:14 11.09.2020

ADA Universiteti “Baku Dialogues” (“Bakı Dialoqları”) jurnalının yeni nömrəsini və veb-saytını təqdim edib.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Jurnalın “İpək Yolu” bölgəsinin geosiyasi əhəmiyyətinə və qlobal arenadakı roluna fokuslanan bu nömrəsində yerli və xarici tanınmış mütəxəssislərin məqalə və müsahibəsi yer alıb. Oxucular bu nəşrdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin amerikalı analitik Zbiqnev Bjezinski barədə yazdığı fikirlərlə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycanın xarici siyasət konsepsiyası ilə bağlı xüsusi müsahibəsi ilə tanış ola biləcəklər.

Jurnalda Corctaun Universitetinin professoru Brenda Şafferin, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin Baş siyasi analitiki Amanda Paulun və Beynəlxalq Təhlükəsizlik və Strateji Mərkəzinin (“Tsinghua” Universiteti) Çin Forumunun Baş mütəxəssisi Yu Hongjunun məqalələri də daxil olmaqla ümumilikdə 11 məqalə yer alıb.

“Baku Dialogues”un yeni təqdim edilən saytının interaktiv strukturu vasitəsilə isə istifadəçilər jurnalın yeni və əvvəlki saylarından, elanlarından və növbəti tədbirlərindən xəbərdar olacaqlar. Veb-sayt həm də istifadəçilərə ödənişsiz abunəlik və Arxiv bölməsində toplanan nəşrləri yükləmə imkanı verir.

“ADA Universiteti “Baku Dilogues”un həm yeni nəşrini, həm də yeni veb-saytını təqdim etməklə daha geniş alim və oxucu kütləsi cəlb edəcək. Veb-saytın daim yenilənəcək kontentində jurnalda nəşr edilən və tanınmış siyasətçilər, şərhçilər, tədqiqatçılar, alim və analitiklər tərəfindən yazılan məqalələr oxuculara təqdim ediləcək”, - deyə jurnalın baş redaktoru və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.

Qeyd edək ki, veb-sayta masaüstü kompüterlər, noutbuklar, mobil cihazlar, planşetlər də daxil olmaqla bir çox elektron cihazdan daxil olmaq mümkündür.

İstifadəçilər keçid vasitəsilə sayta daxil ola və “Baku Dialogues”un yeni nömrəsini yükləyə bilərlər.

“Baku Dialogues” ADA Universitetinin ingilis dilində nəşr edilən rüblük jurnalıdır. Bu ilin sentyabr ayından etibarən Jurnal “İpək Yolu bölgəsi üzərində siyasi perspektivlər” başlığı ilə dərc edilir.

Jurnalın fiziki və elektron nüsxələri bir çox kanal və platformalar vasitəsilə ödənişsiz əsaslarla geniş oxucu kütləsinə çatdırılır.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Hamısı