İnstaqramın Azərbaycanlı bloqqerləri pandemiyanın təsirlərindən danışdı

Cəmiyyət 14:02 14.09.2020

Pandemiya bir çox sahəyə öz təsirini göstərib və göstərməkdədir. Turizmdən tutmuş qida sənayəsinə kimi bütün sahələr zərər çəkib. Bəzi sahələr isə əksinə yaxşı nəticələrə nail olub.

Gördüyünüz kimi pandemiya bəzi sahələrə müsbət, bəzilərinə isə mənfi təsir edib. Gəlin bu təsirlərə daha detallı baxaq.

Eurasia Diary proqram menecer Tariyel Ağazadə ilə birgə u haqda fərqli sahələrdən olan və öz sahələrində bloqları və işləri ilə fərqlənən insanlardan sorğu aparıb.

Cəfər Nəcəfov

Cəfər Nəcəfov öz bloqu və İnstagram səhifəsində biznesə yeni başlayanlara internetdən pul qazanmağın mümkün yollarını izah edir.

İlk onlayn biznesini 17 yaşında qurub 2 il sonra qurduğu biznesini satan Cəfər Nəcəfov 50-dən çox mobil proqram və oyunların tərtibatçısıdır.

“Özümü şanslı hiss edirəm ki, bizneslərim pandemiyanın ən az təsir etdiyi sahələrdən oldu.

Pandemiya başlayan kimi komanda olaraq gördük ki, hər zaman satılan sıradan məhsullarımızın satışları çox azaldı və qərara gəldik ki, artıq satış strategiyamızı insanların istəklərinə görə yox, ehtiyacına görə quraq”, deyə o bildirib.

Qeyd edək ki, Cəfər Nəcəfov Amazon Affiliate Profits kitabının müəllifidir və Google, Facebook və Microsoft kimi dünya səviyyəsində tanınan şirkətlərin sertifikatlarını əldə edib.

Yaratdığı layihələr ilə Netty, Millinet, Uk Alumni Awards by British Council mükafatlarını qazanıb. Cəfər Nəcəfov hal-hazırda bir neçə elektron ticarət şirkətlərinin təsisçisi və direktorudur. Şirkətləri bu günə kimi dünyanın 100-dən çox ölkəsinə 100000-dən çox sifariş çatdırmışdır. Bundan əlavə dünyanın ən böyük pre-seed akseleratoru olan Founder Institute-un Azərbaycan üzrə direktorudur.

O, yaranmış vəziyyətə müvafiq məhsulların satışı ilə öz biznesini mümkün zərərlərdən qurtara bilib

“Yanvar ayından etibarən koronavirusdan qorunmaq üçün maska, xüsusi geyim və əlcəklərin satışına başladıq. Qısa zamanda bu cür məhsulların satışları pik həddə çatdı. Əsasən ABŞ və Avropadan olan insanlar Google’da maska hardan ala bilərik yazanda bizim sayt qarşılarına çıxırdı və sifarişi bizim saytdan edirdilər. Ona görə hər kəsə məsləhət görərdim ki, bizneslərini onlayn qursunlar ki, pandemiya və krizis baş verdikdə onların bizneslərinə ciddi təsir göstərməsin".

Fəridə Əsgərzadə

Fəridə Əsgərzadənin öz İnstagram səhifəsində bir gənc sahibkar qadının həyatını göstərir və bu sahədə informativ məlumatlar ilə bölüşür və onlayn biznes konsultasiyalar keçirir . O,sosial sahibkar, mentor, biznes üzrə müəllim, speaker, influenserdir.

“Hər bir ideya yarananda o işi hər bir istiqamətdə necə fəaliyyətə göstərəcək, nə gədər aktual olacaq düşünürəm. Biz komanda olaraq həmişə online işləmişik, və bu yaranmış vəziyyət əksinə bizim işimizi çox aktivləşdirdi. Xərclər azaldı, vaxt itgisi azaldı. Və bu səbəbdən də fəaliyəət göstərdiyimiz sahələr əksinə daha da intensiv işləməyə başladı”.

“Humanpreneurship onlayn biznes məktəbini başladıq, Peachy Mobil Gözəllik və Sağlamlıq Servisində usta sayını 10-dan 30-a qaldırdı, Peachy Store - online məhsul satışları fəaliyyətə başladı, Peachy artıq Meksikada açıldı və bir neçə digər ölkələrdə açılmaq üçün müzakirələr gedir, çox sayda onlayn veb-seminar təşkil etdi; Human Foundarion nəznində təşkil olunan beynəlxalq gənclər platforması Young Human Summit Bakıda geçirməyi planlaşdırılmasına baxmayaraq online formatda keçirilməsi üçün dəyişikliklər olundu və noyabr ayında keçirilməsi planlaşdırılır; Azgranata mağazasından içkilər onlayn ünvanlara çatdırılmağa başladı. Hal-hazlrda İnstagram səhifəsi ilə eyni zamanda Telegram səhifəsin üzərində çalışıram, sahibkarlıq mövzusunda podcastlar hazırlayıram.”

Tariyel Ağazadə

Tariyel Ağazadə  öz İnstagram bloqunda sizə sıfırdan startap qurmağı, onlayn pul qazanmağı, mövcud biznesinizi inkişaf elətdirməyi və özünüzün inkişaf etdirməyə kömək olacaq. Tariyel buna kimi 50-dən çox startapa dəstək olub və sürətlə böyüməsinə təkan verib. Dünyanın 30 şəhərini gəzən Tariyel, Amerikanın və dünyanın ən məşhur texnologiya mərkəzlərini gəzib və orada yaşadığı təcrübəsini öz izləyiciləri ilə paylaşır.

Pandemiya mənə və olduğum sahəyə müxtəlif cür təsir edib. Mənə olan ilk müsbət təsiri o oldu ki, çoxdandır açmaq istədiyim Instagram bloqumu açmağıma təkan oldu. İndi özümün öyrəndiyim və bildiyim mövzuları izləyicilərlə paylaşıram və müzakirə edirəm”.

“Bildiyiniz kimi bloqumdan əlavə SUP.VC şirkətində proqramlar üzrə menecer kimi çalışıram. SUP.VC Azərbaycanın ilk açılmış akselerasiya mərkəzidir ki, beynəlxalq fokuslu yerli startaplara bizneslərini böyütmək və xarici bazara çıxmağa dəstək olur. Pandemiya zamanı şirkətimizin portfoliosunda olan startapların təqribi yarısı təyziqlərə dayanmayaraq şirkətlərini bağlamalı oldular. Buna səbəb fəaliyyət göstərdikləri sahənin pandemiyaya görə çökməsi yaxud zəifləməsi oldu. Ancaq bəzi startaplarımız əksinə fürsətdən istifadə edərək bu dövrdə yaxşı pul qazandılar və hətta şirkətlərin böyütdülər”.

Sara Rəcəbli

23 yaşlı sosial sahibkar Sara Rəcəbli sizə sıfırdan sosial biznesi qurmağı, sosial sahibkarlığın yerli və xarici keysləri, beynəlxalq proqramlara müraciət və iştirak təcrübələri haqqında məlumatlar əldə etmək, və özünüzün inkişaf etdirməyə kömək olacaq. Sara BUTA Art & Sweets, Sosial Biznes Gənclər Mərkəzi və Bir Fincan Kitab sosial bizneslərin təsisçisidir.

“İstənilən böhran bizə yeni imkanlar yaradır. Daha çox şəxsi inkişafım və sağlamlığıma fokuslanmağa başladım. “BUTA Art & Sweets” sosial biznesində çalışan xüsusi qayğıya ehtiyacı olan qadınların hazırladığı şirniyyatları veqan etdik və yeni müştəri segmentinə çıxdıq. Pandemiyadan əvvəl daha çox tədbirlər üçün həmən şirniyyatları təşkil edirdik, tədbirlər ləğv olunandan sonra fərdi müştərilərə daha çox fokuslandıq və hal-hazırda veqan mağazası ilə əməkdaşlıq edirik. Eyni zamanda inklüzivlik, əlillik və sağlamlıq mövzularına aid reqionlardan olan valideynlər üçün UAFA təşkilatı ilə birgə vebinarlar həyata keçirtdik”.

Sara Rəcəbli bu zaman müddətində ölkədə ən böyük mentorluq proqramını da həyata keçirə bilib.

“Gənclərimizin xeyriyyəçilik fəaliyyətini izləyəndən sonra, sosial problemlərin həllində yeni yanaşmalar gətirmək üçün Sosial Biznes Gənclər Mərkəzi sosial sahibkarlıq mövzusu üzrə ölkədə ən böyük onlayn mentorluq proqramını keçirtdi. Proqramda 10 ölkədən 40-dan çox mentor bizim gənclərə və sosial sahibkarlara 3 ay ərzində təmənnasız mentorluq dəstəyi göstəriblər. Proqramda 70-dən çox iştirakçıdan 33 nəfər konkret nəticə əldə edib. Təşkil etdiyimiz mentorluq proqramını sosial sahibkarlıq dünyada üzrə ən böyük icmalardan biri olan Ashoka ChangemakeXchange tərəfindən təşkil olunan COVİD-19 Virtual Hərəkət Sammitində təmsil etdik”

Könül Quliyeva

Könül Quliyeva öz İnstaqram səhfəsində natiqlik sənəti, ünsiyyət texnikaları, bədən dili və liderlik üzrə təlimlər təşkil edir..

O, pandemiya dövründə öz işini virtuallaşdıraraq təlim paketlərini onlayn formata uyğunlaşdıraraq, tələbələri onlayn təlimlərə, vebinarlara cəlb etməyə başladım.

“Nəticə olduqca uğurlu idi. Çünki vebinar anlayışı hələ tam formalaşmamış bir ölkədə insanlara bunu təbliğ etmək, onlayn təhsilin üstünlüklərini aşılamaq olduqca çətin idi. Lakin zamanla insanlar buna alışdı və təlimlər uğurla reallaşdı. Sosial şəbəkələrdə isə özümü və fəaliyyətimi daha çox auditoriyaya çatdırmaq imkanı əldə etdim. Hətta normal həyatımızda bölgələrdə yaşayan vətəndaşlarla bəlkə də tanış olmaq şansım olmazdı, nəinki pandemiya dövründə gənclər təşkilatlarının dəvəti ilə Silsilə şəklində tədbirlərdə iştirak etdim, vebinarlar keçirtdim”.

O, pandemiyanın özü üçün uğurulu hesab edir, eyni zamanda Könül xanım Instagramdan canlı yayımlar açaraq bir çox izləyicinin maraq göstərdiyi mövzular üzrə tanınmış qonaqları dəvət edib söhbətlər təşkil edib.

Orxan Rzayev

Orxan Rzayev öz bloqunda İnstaqram səhifəsində startap, rəqəmsal marketinq, müasir bizneslər mövzusunda təcrübələrini bölüşür. 2014-cü ildən fəaliyyət göstərən bloqda azərbaycan, ingilis və rus dillərində 500-dən çox məqalə yayımlanıb.                     

“Pandemiya dövründə sürətlə böyüyən bizneslərdən biri oyun biznesi oldu. Biz də oyun startapı ilə məşğul olduğumuzdan ötən yarım il bizə müsbət təsir etdi. Baş verənləri təhlil edib, daha sürətlə inkişaf etməyi hədəfləmişik”

Orxan Rzayev inanır ki, hər bir azərbaycanlı dünyanı dəyişən texnologiyalar yarada bilər.

“Ümumiyyətlə rəqəmsal texnologiyalarla məşğul olan insanlar üçün bu kimi forsmajorlar, bir baxımdan, yaxşıdır. Çünki situasiyaya uyğun yeni həllər, yeni təkliflər yarada bilirsən. Hansı ki, normal şəraitdə bunu düşünmürdün. Və bu yeniliklər bəzən inqilabi dəyişikliklərə səbəb olur, hansı ki, tarixdə dəfələrlə şahidi olmuşuq.”

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Hamısı