"Gəncə və Tərtərdə yaşananlar insanlıq faciəsidir" Sosioloq

Cəmiyyət 12:26 21.10.2020

Ermənistan cəbhədəki məğlubiyyətlərini ört-basdır etmək üçün Azərbaycanın dinc əhalisini və mülki yaşayış məntəqələrini atəşə tutur.

Eurasia Diary bu hadisələr zamanı həmin rayonlara baş çəkən və zərərçəkmiş şəxslərlə söhbət aparan sosioloq Zəminə Səfərovanın təəsüratlarını öyrənib.

Sosioloq bildirdi, bu ağrılı hadisələr ondan da yan keçməyib: “Bu hadisələr zamanı bizim də şəhidlərimiz oldu. Onların dəfn mərasimlərində iştirak etdik. Füzulidə olanda çox qürurlandım. Cəbhə xəttinə yaxın kəndlərdə yaşayan əhali heç nədən qorxub çəkinmir. Sual verəndə ki, nə əcəb qorxmursuz və kənddən çıxmırsız, dedilər ki, biz ermənilərdən qorxmuruq. Kənd əhalisi deyirdi ki, təki zərbələr bizə dəysin, əsgərimizə yox, qoy onlar qələbə qazansın".

Müsahibimiz ermənilərin İyul təxribatından sonra iki dəfə Tovuzda olub və Gəncə hadisələrindən sonra isə Bərdəyə gedib: “Bərdədə Tərtərdən gələn qaçqın və köçkünlər, doğma yurdundan didərgin düşən insanlar məskunlaşıb. Bilirsiniz ki, Tərtərdə onlar üçün qəsəbə salınmışdı. İndi buranın erməni silahlı qüvvələri tərəfindən hər gün ağır artilleriya atəşinə məruz qalması ilə onlar artıq ikinci dəfə qaçqın düşmüş oldular. Düzdür, yenə də öz torpağımızdadırlar. Ancaq ikinci dəfə aldıqları stress, zərbə və travmanın təsirindən uzun illər qurtula bilməyəcəklər”.

Onun sözlərinə görə, Tərtərdə demək olar ki, salamat ev qalmayıb: “Gənclərimizin, yaşlı insanların və uşaqlarımızın gələcəyini düşündükcə doğrudan da Gəncə və Tərtərdə yaşananlar insanlıq faciəsidir. Mən onlarla görüşəndə üz ifadələrindən oxuyurdum ki, həyatda bircə ümidləri var. O da torpaqlar qayıtsın, bəlkə onda yaşadıqları bu travma bir az yumşala və bir az təskinlik tapalar ki, torpağımızdayıq. Şükürlər olsun ki, hər birində böyük ruh yüksəkliyi var. Mən özüm də Füzulidənəm və eyni hissləri yaşayıram. Hər birimizdə ümid var ki, torpaqlarımız qayıdacaq. Hər bir azərbaycanlı bu ümidlə yaşıyır. O gün çox uzaqda deyil. Həmin gün ürəkdən şadlanacayıq. Hələ ki, yarımçıqdır hər şey. Arzu edirəm ki, şəhid analarının axan göz yaşları sevinc göz yaşlarına dönsün. Onların təskinliyi də o olacaq ki, şəhidlərinin ruhları sevinir. Hər bir şəhid anası bilsin ki, övladları tək onların deyil, bütöv Azərbaycanın övladlarıdır”.

Hazırda erməni terrorundan zərərçəkmiş rayonlarda vəziyyət dövlətin tam nəzarəti altındadır. Cənab Prezidentin də dediyi kimi şəhər tam şəkildə bərpa ediləcək. Cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevə böyük rəğbətimiz, ümidimiz yarandı. Ölkə rəhbəri danışanda nəinki əhali, ordumuz da cəsarətlənir. Prezidentimiz gördü ki, xalq ona arxalanıb. “Böyük dayaq” filmində deyildiyi kimi, "Arxası xalq olanın başı göylərə ucalar". Güc birlikdədir. Allah ordumuzu və prezidentimizi qorusun!

Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Hamısı