"Qubadlı alınanda səhər tezdən Şəhidlər Xiyabanına gəldik, şəhidlərimizə gözaydınlığı verdik" Milli Qəhrəman Ələkbər Əliyevin oğlu

Cəmiyyət 20:28 31.10.2020

Şanlı Azərbaycan Ordusu uzun həsrətə son qoyaraq Qarabağı işğaldan azad edir. Hər keçən gün bizi tam qələbəyə daha da yaxınlaşdırır. Azərbaycan torpaqları uğrunda onun müdafiəsi üçün çox igid ərlərin qanı tökülüb. Azərbaycan xalqı hər zaman yağı düşmən qarşısında duruş gətirib və torpaqlarını müdafiə etməyə çalışıb.

Bu ilin 25 oktyabr tarixi Qubadlı şəhərinin sakinlərinin hafizəsindən heç vaxt çıxmayacaq. Rəşadətli Azərbaycan Ordusu 27 ildən sonra torpaqları düşmən tapdağından azad etdi. Qubadlı rayonu çox qəhrəmanlar yetişdirib və çox şəhidlər verib. Bu şəhidlərdən biri də Milli Qəhrəman Ələkbər Əliyevdir.

O, 1955-ci il dekabr ayının 22-də Qubadlı rayonunun İşıqlı kəndində dünyaya gəlib. Sumqayıt Politexnik Universitetinə daxil olub və bitirdikdən sonra Ələkbər Əliyev Sovet Ordusu sıralarında 2 il xidmət edib.

Ermənistan Azərbaycan torpaqlarına göz dikəndə Ələkbər Əliyev bu haqsızlıqla barışmadı. Müharibə başlayanda Ələkbər Əliyev silaha sarılaraq vətənin müdafiəsinə qalxdı. Kənddə döyüşə çağrılan ilk insanlardan biri o idi. Ələkbər Əliyevin dörd övladı olmasına baxmayaraq, o, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatıldı.

Şəhidin böyük övladı Xəyal Əliyev həmin anları bugünkü kimi xatırlayır. Onun sözlərinə görə atası kənd əhalisindən ibarət olan könüllü dəstədə xidmət edib.

 “İlk çağırışlardan biri də mənim atama gəlmişdi. İnsanlar da bundan sonra düşündülər ki, Ələkbər Əliyev çağrılıbsa, biz də getməliyik”, şəhidin oğlu söyləyib.

Atası haqqında xatirələrini danışarkən oğlu Xəyal onun kənd camaatı içərisində çox hörmətli və sayılıb seçilən şəxs olduğunu dilə gətirib. Eyni zamanda ailəsinə və övladlarına qarşı çox qayğıkeş insan olduğunu da əlavə edib.

“Atam şəhid olanda mənim 11 yaşım var idi. Mən böyüdükcə qonşuların kəndlilərin onun haqqında danışdıqlarından anlayırdım ki, o çox sadə, ağır təbiyyətli insan olub. Uşaqla uşaq və böyüklə böyük kimi idi. Atam şəhid olanda 37 yaşı var idi. Həmin vaxtlarda kənddə xeyir-şər olanda, toy olanda atamı çağırıb deyirdilər ki, “Ələkbər gəlib, xeyir-dua versin”. O, cavan yaşında camaat arasında böyük hörmət qazanmışdı”.

Ələkbər Əliyev Laçın uğrunda gedən ağır döyüşlərdə iştirak edib və tağım komandiri vəzifəsini icra edib. Onun döyüş yoldaşları Ələkbər Əliyevin onları qorumaq və vətəni müdafiə etmək üçün əsgərlərdən öndə getdiyini söyləyirdi.

1992-ci 7 avqust tarixində Laçın rayonunun Suarası kəndində ağır döyüşlər baş verdi. Düşmənlə qeyri-bərabər mübarizədə Ələkbər Əliyev əlbəyaxa döyüşə girir. O, bir çox düşməni məhv etməyə müvəffəq olur. Düşmən onu sağ tutmaq istədiyinə görə onun ayaq nayihəsindən güllələyir. Ümumilikdə 8 güllə yarası alan Ələkbər Əliyev əsir düşməmək üçün sonuncu gülləni öz başına çaxaraq qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Vətənin qəhrəman övladı Şəhidlər Xiyabanında dəfn edilib. Onun mübarək adı Xətai rayonundakı 204 saylı orta məktəbə verilərək əbədiləşdirilib.

Ancaq onun qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərimizin qisasını mənfur düşməndən aldı. 25 oktyabrda Qubadlı şəhəri azad edildi. Xəyal Əliyev azadlıq xəbərini alanda keçirdiyi hissləri bizlərlə paylaşdı:

“O xəbəri eşidəndə keçirdiyim hissləri dil ilə demək olmur. 28 il idi biz bu günü gözləyirdik. İki tərəfli sevincdi, həm rayonumuz alındı həm də şəhidlərimizin qanı yerdə qalmadı. Həmin sevinci dil ilə ifadə edə bilmirəm. Cənab prezident xəbəri verən kimi dərhal səhər tezdən qohum-əqraba və tanışlarla birgə Şəhidlər Xiyabanına getdik. Orada şəhidlərimizə gözaydınlığı verdik ki, qanınız yerdə qalmadı”.

Bununla da o, artıq atasının ruhunun şad olduğuna və qanının yerdə qalmadığına inandığını bildirib. Allah bütün şəhidlərimizə rəhmət etsin, artıq onların ruhu dinclik tapdı.

Ülvi Əhmədli


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı