"Füzuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısındayıq. Musiqi vasitəsilə sülh və tolerantlıq mesajımızı dünyaya göndəririk.
Eurasia Diary xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində bildirib.
"Kabus şəhərciyi Füzuli, tezliklə firavanlıq və xoşbəxtlik şəhərinə çevriləcək", deyə H. Hacıyev qeyd edib.