BMT tərəfdaşları ilə birgə Azərbaycanda gender-əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyasına başlayır

Cəmiyyət 10:09 25.11.2020

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi tərəfdaşları ilə birgə gender-əsaslı zorakılığa (GƏZ) qarşı 16 Günlük Fəallıq kampaniyasına start verir. Builki kampaniya Dağlıq Qarabağ və ətraf bölgələrdə baş vermiş silahlı münaqişənin, eləcə də COVID-19 pandemiyasının qadın və qızların həyatına birgə mənfi təsirinin aradan qaldırılmasına töhfə vermək yolu ilə gender-əsaslı zorakılığın qarşısının alınmasına yönəldilib.

Mövcud dəlillər deməyə əsas verir ki, münaqişənin təsirinə məruz qalmış bölgələrdə yaşayan qadın və qızlar psixoloji travmaya məruz qalma, məcburi köçkünlük, dolanışıq mənbələrinin itirilməsi və ən əsası GƏZ-lə əlaqəli mövcud xidmət təminatı kanallarının normal fəaliyyətinin pozulması da daxil olmaqla  gender-əsaslı zorakılığa məruz qalma baxımından ən həssas əhali qruplarından birini təmsil edirlər. Sadalanan problemlərin qarşılıqlı təsiri münaqişənin fəsadlarına düçar olmuş qadın və qızları pandemiya şəraitində özünütəcrid, elementar sanitar-gigiyena və tibbi vasitələrə çıxış imkanlarının məhdud olan əhalinin sıx olduğu bölgələrdə yaşamağa məcbur edir, bu isə üzləşdiyi bütün digər çətinliklər arasında onların COVID-19-a yoluxma riskini, eləcə də pandemiyadan irəli gələn digər riskləri də artırmış olur. 

Builki 16 Günlük Fəallıq kampaniyası çərçivəsində BMT-nin Azərbaycandakı nümayəndəliyi münaqişənin fəsadlarının aradan qaldırılması istiqamətində hökumətin cavab tədbirlərini dəstəkləyərək qadınlar üçün nəzərdə tutulan gigiyena ləvazimatları və COVID-19-la əlaqəli fərdi qoruyucu vasitələrdən ibarət 400-dək yardım dəstinin tədarükünü və məcburi köçkün düşmüş qadınlara çatdırılmasını həyata keçirmək məqsədilə öz tərəfdaşları ilə səylərini bir araya gətirir. Sözügedən yardım dəstlərinin Ağdam və Tərtərdə müvəqqəti məskunlaşmış qadınlara paylanması nəzərdə tutulur. Bu dəstlər vasitəsilə həmçinin münaqişənin fəsadlarına məruz qalmış qadın və qızlara gender-əsaslı zorakılıqla əlaqədar mövcud müdafiə və dəstək mexanizmləri, eləcə də BMT və Azərbaycan hökumətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş GƏZ-ə qarşı üçrəqəmli qaynar xətt barədə məlumatlar təqdim olunacaq.

Kampaniyanın davam edəcəyi günlər ərzində BMT-nin Azərbaycandakı nümayəndəliyinin strukturuna daxil olan agentliklərin və tərəfdaş qurumların sosial media kanalları, eləcə də radio və televiziyalar vasitəsilə gender-əsaslı zorakılıqdan mövcud müdafiə mexanizmləri barədə məlumatlılığın artırılması nəzərdə tutulur.

Gender-əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyası hər il bütün dünyada 25 noyabr (Gender-Əsaslı Zorakılığa qarşı Beynəlxalq Mübarizə Günü) və 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında baş tutur. Azərbaycanda sözügedən kampaniya ənənəvi olaraq BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə iştirakı ilə həyata keçirilir.   

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Hamısı