“Loqos”un sayca onuncu filialının ünvanı mütləq Yuxarı Qarabağ olacaq!

Cəmiyyət 21:20 26.11.2020
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi artıq psixoloji xidmət sahəsində müəyyən qədər özünü təsdiqləmiş bir özəl qurumdur. Altı illik fəaliyyəti dövründə Mərkəzimiz əhali arasında yetərincə nüfuz və etibar qazanıb. Əgər insanlar Bizə güvənib inam bəsləyirsə, bu, görülən işin nəticəsi var deməkdir.
 
Biz psixoloji sağlamlıq istiqamətində kompleks iş aparırıq. Yaş məhdudiyyəti olmadan uşaq və yeniyetmələrə, yetkin insanlara psixoloji, psixopedaqoji və loqopedik xidmət göstərməklə yanaşı, həm də genişmiqyaslı maarifləndirmə layihələri həyata keçiririk. Artıq bir neçə ildir ki, bəzi bölgələrdə də “Loqos”un filialları əhaliyə ən yüksək səviyyədə xidmət aparır. 
 
Yaşadığımız yüzilliyin psixologiya əsri kimi dəyərləndirilməsi heç də təsadüfi deyil. Müasir dünyada artıq psixoloji durum qlobal vəziyyət alıb. Məqsədimiz dünyanın psixoloji durumunu müzakirə etmək deyil. Amma onu vurğulamaq istəyirəm ki, planetdə baş verən hər hansı hadisədən, istər təbii fəlakətlər, zəlzələ, daşqın, sel, istərsə də müharibələrin törətdiyi faciələrdən anında xəbər tutmaq, gərəkli-gərəksiz informasiya axını mütləq şəkildə insan psixologiyasına öz təsirini göstərir. Məsələn, heç bir sərhəd tanımadan planetin hər nöqtəsinə ildırım sürətilə yayılan Covid-19 pandemiyasını götürək. Qısa zamanda az qala yer üzünü iflic vəziyyətinə saldı. Bunlar haqqında çox danışılır, çox deyilir. Yəni, demək istədiyim odur ki, biz  xalq olaraq həm qlobal psixoloji travma alırıq, həm də erməni terrorçularının illərdən bəri çəkdirdiklərinin acısını yaşayırıq. Bu da ümumi psixoloji təsirdir. İqlim şəratinə görə yaşadığı bölgənin də insan psixologiyasına fərqli təsiri var. Soyuq bölgədə yaşayanla isti yerdə yaşayanın xaraterindəki dəyişkənliklər bir çox halda iqlimin təsiri ilə formalaşır. “Loqos” PNİM, eləcə də 2016-cı ildən qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayan Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi ayrı-ayrı bölgələrdə psixoloji vəziyyəti öyrənmək məqsədilə araşdırma və tədqiqatlar aparır, sosial layihələr həyata keçirir, ödənişsiz psixoloji konsultasiyalar aparır. Məqsəd təbii ki, yerli mühiti, psixoloji təsiri öyrənməklə daha çox faydalı olmaqdır. 
 
Ümumi vəziyyətlə bağlı olaraq biz də hazırda ekstremal şəraitdə işləməyə məcburuq. Yəni, pandemiya şərtləri hələ ki, kütləvi tədbirlərə imkan vermədiyindən fəaliyyətimizi sosial şəbəkənin imkanları çərçivəsində davam etdirir, daha çox onlayn xidmət göstəririk. 
 
Bölgələrdə - Gəncə, Bərdə, Lənkəran, Xaçmaz, Abşerondakı filiallarımız da Bakıdakı dörd filial kimi öz işini günün tələblərinə uyğun quraraq demək olar ki, ikiqat qüvvə ilə çalışır.
 
Bəzən özümün də inanmağım gəlmir ki, arxada qalan beş il ərzində biz necə kosmik templə işləyə bildik. Beş ildə 9 filial fəaliyyətə başladı. Beynəlxalq əməkdaşlıq sahəsində sözün həqiqi mənasında fantastik addımlar atıldı. Hətta qonşu ölkələrdən “Loqos”un filiallarını yaratmaq təklifi aldıq. Eynilə Azərbaycanın fərqli bölgələrindən davamlı olaraq müraciətlər gəlirdi. Şəkidən, Tovuzdan, Qəbələdən, Neftçaladan və s. 
 
Çoxsaylı istəkləri cavabsız qoymaq fikrində deyildik. Bəzi bölgələrdə yeni filiallar açmaq olardı. Amma ürəyimdə kimsəyə bildirmədiyim və həyata keçəcəyinə bütün varlığımla inandığım bir arzu vardı...
 
Onu qeyd edim ki, qaçqın-köçkün, şəhid-itkin ailələrini hər zaman diqqət mərkəzində saxlayırıq. Onlar həmişə ön planda olub. Üç il əvvəl Bərdə, Tərtər, Ağdam və o bölgəyə yaxın rayonlarda psixoloji vəziyyəti araşdırmaq, ehtiyacı olanlarla ilkin diaqnostikalar keçirmək, mümkün dəstəyi vermək üçün təcrübəli psixoloq, psixopedadoq, psixiatr və loqopedlərdən ibarət mütəxəssis heyyəti ilə Quzanlıda olduq. O günü heç unuda bilmirəm. Dövlətimiz Quzanlıda sakinlərin normal yaşamı üçün lazım olan şəraiti yaratsa da, insanların üzündə, gözlərinin dərinliklərində dərin kədər vardı, ümidsizlik vardı. Öz vətənində olmasına baxmayaraq yurd, ocaq həsrətinin üzüntüsü aydınca sezilirdi baxışlardan. Stress, gərginlik, sarsıntılar öz işini görmüşdü. Psixoloji müayinə keçirəcəyimiz uşaq poliklinikasını həyətinə yüzlərlə insan toplaşmışdı. Uşaqlı-böyüklü hər kəsin mənəvi-psixoloji dəstəyə ehtiyacı vardı. Çox bölgələrdə olmuşduq, konfranslar, təlimlər keçirmiş, söhbətlər aparmışdıq, amma heç yerdə bu qədər insan toplaşdığını görməmişdik. Yerli polisin dəstəyi ilə həqiqətən ekstremal vəziyyətdə işləməli olduq. Bölgə ziyalıları ilə nəzərdə tutulan maarifləndirici konfransda ən azı beş mütəxəssis çıxışı nəzərdə tutulsa da, saat yarımlıq tədbiri psixoterapevt Əli Nağıyevlə mən idarə etməli olduq. Demək olar ki, bütün mütəxəssis heyyətimiz konsultasiyalara cəlb edildi. Proqramda konsultasiya müddəti iki saat nəzərdə tutulsa da axın-axın gələn insan selinin ardı-arası kəsilmirdi. Həmin gün səhərdən şər qarışana qədər fasiləsiz çalışdıq. Bölgənin psixoloji dəstəyə çox böyük ehtiyacı vardı. Elə oradaca Bərdə şəhərində “Loqos”un növbəti filialını açmağa qərar verdim. Və elə o anda da içimdə yatan istək yenidən oyandı. Beynimdən ani olaraq yeni yaranacaq filiala Qarabağ adı vermək fikri keçdi. Amma mümkün deyildi, Qarabağ düşmən tapdağından azad olmadan müqəddəs arzu gerçəkləşə bilməzdi. 
 
Azad Qarabağ uğrunda 44 gün davam edən qanlı savaşın ilk günündən qəlbimin dərinliyində yuva quran o arzu yenidən boy göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan, müzəffər milli orumuzun yenilməz sərkərdəsi İlham Əliyevin hər kəlməsi ümid verən çıxışlarını, xalqa müraciətini, dünyaya meydan oxuyan müsahibələrini dinlədikcə, bu arzunun nəfəs qədər yaxın olduğunu hiss edir, böyük inamla qələbə xəbərini gözləyirdim. Bəli, müharibə qandır, ölümdür. İtkisiz qələbə olmaz. Şəhidlərimiz, mərd döyüşçülərimiz, vətən sevdalı xalqımızın öz dövləti, prezidenti ətrafında dəmir yumruq kimi birləşməsi bizə qəlbənin sevincini yaşatdı. 
 
Siz soruşursunuz ki, Azad Qarabağ torpağında “Loqos” da öz sözünü deyəcəkmi? Əlbəttə, deyəcək! Bu bizim vətən, xalq qarşısında vətəndaşlıq borcumuzdur. 
 
Bu yaz Qarabağ torpağında o yerlərin sakinləri  kimi çəmən, çiçək, dağ, meşə, ceyran, cüyür də azad nəfəs alacaq. Qartallar oylağı, qədim mədəniyyət beşiyi Şuşada dillər əzbəri Xarıbülbül daha həsrət nəğməsi oxumayacaq... Və mənim də arzum çiçək açacaq. “Loqos”un sayca onuncu filialının ünvanı mütləq Yuxarı Qarabağ olacaq!
  
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı