Medianın inkişafı üçün hansı istiqamətlər müəyyən edilib? MEDİA-nın İcraçı direktorundan açıqlama

Cəmiyyət 16:23 13.01.2021

Hazırda biz nizamnaməyə nəzər salsaq, orada nəzərdə əsas olaraq, dörd vəzifə və istiqamət görə bilərik. Bu, medianın inkişafına dəstək verilməsinin istiqamətlərini müəyyən etmiş olur.

Bu barədə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.

O bildirib ki, bunlardan biri konsultativ dəstəkdir:

“Medianın inkişafı üçün “konsultativ dəstək”, “maddi-texniki dəstək”, “təşkilati-texniki dəstək” nəzərdə tutulur. Hər birisini izah etməyə çalışsaq, görərik ki, məqsəd jurnalistlərin peşə və ixtisasının artırılmasına xidmət edəcək. Peşəkar jurnalistikanın formalaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində addımlar atılır. Medianın biznes modelə keçirilməsi üçün agentlik tərəfindən təşkilati dəstək göstəriləcək”.

Jurnalistlərin hansı formada peşəkar kadr kimi yetişdirilməsi ilə bağlı suala isə Ə.İsmayılov belə cavab verib:

“Jurnalistlərin peşəkarlıqlarının artırılması dedikdə, sözsüz ki, ixtisas artırılmasını xüsusi qeyd etməliyik. Bu istiqamətdə agentlik ilk növbədə bu peşəyə gəlmək istəyən şəxslərin peşə hazırlığı tədrisinin hazırlanmasına və təşkilinə dəstək göstərəcək. Digər məqam isə hazırda bu sahədə fəaliyyət göstərən jurnalislərin ixtisaslarının artırılmasının təmin olunmasıdır. Bu ölkədə mövcud jurnalistlərin kadr potensialı ilə bağlıdır. Bütün bu prosedurlarda təbii ki, xaricdən də mütəxəssislərin cəlb olunması və tədris prosesində iştirakı nəzərdə tutulur. Eyni zamanda xaricdə yerləşən ali tədris və ya tədris müəssisələri ilə əlaqələrin qurulması nəzərdə tutulur. Bu çərçivədə jurnalistlərin xaricdə treninq keçmələrini təşkil edə bilərik”.

O, Agentliyin jurnalistlərə və media subyektlərinə hansı imkanları yaradacağı sualına cavab olaraq bildirib ki, ilk olaraq media subyekti anlayışına aydınlıq gətirilməlidir:

“Bu gün jurnalist və media subyekti blokunu bir-birindən ayırmağa ehtiyac var. Biz bunu müəyyən normativ hüquqi baza baxımından müəyyən etməliyik. Biz “media subyekt”i anlayışı və “media subyektləri”nin özlərinin bölgüsünü tam əhatəli həyata keçirməliyik. “Jurnalist” və “jurnalistin statusu” anlayışları da normativ hüquqi baza əsasında aydınlaşdırılmalıdır. Bu, bizə imkan verəcək ki, həm jurnalistlərlə, həm də media subyektləri ilə iqtisadi, texniki, metodiki dəstək layihələrini həyata keçirə bilək.

Biz media subyektlərindən danışırıqsa, nizamnaməyə əsasən (onlayn, çap, audiovisual media) onların hər biri ilə işlərin təşkilini təmin etməliyik. Bu onların iqtisadi müstəqilliyinin təmini, kadr potensialının inkişafını, xüsusilə də yayılan informasiyanın məzmununun təkmilləşdirilməsi istiqamətlərini əhatə edəcək”.

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO

Xəbər xətti

COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Hamısı