Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır - Anar Kərimov | Eurasia Diary - ednews.net

8 Mart, Bazar ertəsi


Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır - Anar Kərimov

Cəmiyyət A- A A+

Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, bunu 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair müvafiq göstəricilərin təqdimatına həsr olunan mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

A.Kərimov qeyd edib ki, yanvar ayında bununla bağlı konkret proqramlar qəbul edilə bilər: "Ölkəmizin iqtisadi gücü imkan verəcək ki, həm birinci, həm də ikinci qarabağ müharibəsi şəhidlərinin ailələri evlə təmin edilsin. Hərbi əməliyyatlar bitdikdən sonra da bir çox özəl tərəfdaşlar dəstək proqramlarında iştirak etmək niyyətində olduğunu bildiriblər. Bu, daha güclü mesajdır ki, biz hamımız birlikdəyik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...