Ukraynanın Azərbaycandakı səfiri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib | Eurasia Diary - ednews.net

5 Mart, Cümə


Ukraynanın Azərbaycandakı səfiri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

Cəmiyyət A- A A+
Hər bir ölkənin tarixində faciəvi səhifələr vardır. Eurasia Diary xəbər verir ki, hər il yanvarın 20-si minlərlə azərbaycanlı sovet qoşunları tərəfindən Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın qanlı şəkildə yatırılması aktı olan “Qanlı yanvar” hadisələri zamanı həlak olanları yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edir.                                     
 
Həmin gün Bakı sakinləri sovet tankları və atışmalarının səsinə oyanır, lakin nəticədə bütün xalq azadlıq arzusu ilə oyandı. Bu azadlıq istəyi qan bahasına başa gəldi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakını və Azərbaycanın digər bölgələrini mühasirəyə alan sovet qoşunları 131 mülki şəxsi öldürdü, bir çoxu əlil olan 744 günahsız insanı yaraladı və 400 nəfəri qanunsuz olaraq həbs etdi.
           
Bu, Moskvanın Sovet İttifaqının dağılmasının qarşısını almaq cəhdinin bir hissəsi idi. Lakin repressiv tədbirlər müstəqillik hərəkatını daha da gücləndirdi və Azərbaycan əhalisinin əksəriyyəti öz vətəndaşlarına silah tuşlamış qanlı bir imperiya olan Sovet İttifaqının tərkibində qala bilməyəcəklərini anladılar. 
                   
Tezliklə azərbaycanlılardan sonra başqaları da ayağa qalxdı: Litvadakı Sayudis, Ukraynadakı Xalq Hərəkatı, Estoniya Xalq Cəbhəsi. Beləliklə SSRİ dağılaraq xalqlar azad olmuşdur.  
                
Başınız sağ olsun, unutmadıq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...