Naxçıvan MR Media İnkişaf Agentliyi yaradılıb | Eurasia Diary - ednews.net

2 Mart, Çərşənbə axşamı


Naxçıvan MR Media İnkişaf Agentliyi yaradılıb

Cəmiyyət A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 21-də “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

Eurasia Diary-nin məlumatına görə, Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi və Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...