Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya - FOTOLAR | Eurasia Diary - ednews.net

7 Mart,


Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya - FOTOLAR

Cəmiyyət A- A A+

Polşanın İqtisadiyyat və İnsan elmləri universitetinin (The University of Economics and Human sciences) magistrantı Zaur Əsədzadə Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı maraqlı aksiya təşkil edib.

Soydaşımız üniversitetdə təhsil alan Ukraniya, İraq, Misir, Afrika ölkələri, Türkiyə, Türkmənistan, Gürcüstan, Belorusiya, Qazaxıstan, Serbiya, Rusiya və s. dövlətlərdən 200-ə yaxın tələbədən ibarət “Beynəlxalq dostlar qrupu” adlı votsap (Whatsap) qrupu yaradaraq ölkəmizlə bağlı informasiyaları bölüşür.

Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə, Xocalı soyqırımı, Qarabağ münaqişəsinin tarixi kökləri və s. məsələlərlə bağlı paylaşımlar edən soydaşımız 20 Yanvar faciəsi ilə bağlı da qrup üzvlərini məlumatlandırıb. Faciə ilə bağlı şəkilləri, məlumatları qrupda paylaşan Z.Əsədzadə tələbələrin suallarını cavablandıraraq onları dəqiq və dolğun məlumatlarla təmin edir. 

 

 

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...