Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib - VİDEO | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib - VİDEO

Cəmiyyət A- A A+

Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. 

Eurasia Diary-nin məlumatına görə, onun cənazəsini gətirən Türk Hava Yollarına məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. 

***

Yanvarın 23-də Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.

Bu barədə Türkiyənin “Haber/Global” televiziyası məlumat yayıb.

F. İsmayılovun cənazəsi Türk Hava Yollarının (THY) İstanbul-Bakı uçuş reysi ilə aparılıb. 

F. İsmayılovun cənazəsi Türkiyə Respublikasının Qabondakı səfirliyinin dəstəyi ilə dünən THY-nin İstanbul-Libervil uçuş reysilə göndərilib. Təyyarə İstanbula yanvarın 26-dan 27-nə keçən gecə saat 03.30-da çatıb.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...