Pənahəli xanın erməni vandallığından nəsibini alan Şahbulaq qalası

Cəmiyyət 23:03 13.02.2021

Əvvəlki yazını buradan oxuya bilərsiniz: (https://ednews.net/az/news/society/450655-ordumuzun-ermeni-vehsiliyine-son-qoyan-zeferi)

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:

Şahbulaq qalası və uydurma Tiqranakert

Bu da Şahbulaq kəndi... Şahbulaqda Qarabağ xanı Pənahəli xanın 1751-1752-ci illərdə inşa etdirdiyi qala yerləşir. Kəndin də, qalanın adı yaxınlığındakı gursulu bulağın adından götürülüb.

Ermənilər Qarabağın guya onların qədim torpaqları olduğunu sübut etmək üçün burada genişmiqyaslı qazıntılar başlatmış və guya qədim Tiqranakert şəhərinin qalıqlarını aşkar etmişdilər. Buna görə də bu ərazilər ermənilər üçün çox önəmli sayılırdı. Bu üzdən Şahbulağa pul xərcləməkdə xəsislik etmirdilər, tikib-düzəldirlər. Bəs necə, bura gələn xaricilərə nəsə göstərmək üçün şərait də yaratmalısan axı. Yolboyu gördüyümüz dağıntılardan sonra birdən qabağımıza dəmir torla hasarlı, şamlığın içində bir qala çıxır.

Qalanın başında Azərbaycan bayrağı dalğalanır...

2006-cı ildə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Şahbulaq yaylağına ezam edilib. Erməni alimləri burada aparılan qazıntıların nəticəsi olaraq iddia ediblər ki, guya “qədim erməni dövlətinin paytaxtlarından” biri olan Tiqranakert elə Şahbulaq yaylağında “gizlənibmiş”. Bundan sonra Şahbulaq qalasının qalıqları üzərində Tiqranakert muzeyini inşa ediblər. Təbii ki, Pənahəli xanın tikdirdiyi qalanın tarixiliyinə xələl gətirməklə...

Qalanın əsas divarlarından əsər-əlamət qalmayıb. Görünür, ermənilər muzeyi qəsdən qala divarlarının qalıqları üzərində inşa ediblər ki, tariximizi silsinlər. Lakin bir şeyi unudublar ki, onların sementlə-qumla silməyə çalışdıqları tarixi ordumuz silah gücünə bərpa edib.

Əsas girişdən keçib muzeyin həyətinə daxil oluruq. Həyətin ortasında hovuz, skamyalar, bir neçə ağac var. Hələ müharibənin qızğın vaxtında erməni arxeoloqlar muzeydəki eksponatları, təbii ki, Şahbulaq ərazisində aparılan qazıntılar zamanı aşkar olunan  materialları Ermənistana daşıyırdılar, muzeyi talan edirdilər, gedərayaq da oğurluqlarından qalmırdılar.

Muzeyi gəzirik. Şahbulaqda arxeoloji qazıntılar aparılması ilə bağlı erməni və ingilis dillərində yazılı plakatlar, müxtəlif broşurlar, etiketajlar, bilet kağızları, məlumat lövhələri hara gəldi atılıb, eksponatların sərgiləndiyi şüşə vitrinlərin, ekspozisiya altlıqlarının, kürsülərin çoxu aşırılıb. Hər tərəf dağınıq vəziyyətdədir. Yerdən tapdığımız etiketajların üzərindəki yazılardan məlum olur ki, eksponatlar çox qədim dövrlərə aid olub.

Qalanın bürclərindən baxanda arxeoloji qazıntı aparılan yerlərin bəziləri aydın görünür. Lakin hərbi dillə desək oraların “təmiz” olub-olmadığına əmin olmadığımız üçün yaxınlaşmırıq. Qalanın aşağısında yerləşən bulağa düşürük.

Kilsə, yoxsa məscid?..

Bulağın qarşısındakı ağaclığa daş döşənib, park salınıb. Vaxtı ilə azərbaycanlıların dincəldiyi bu yerlərdə ermənilər özləri üçün şərait qurublarmış. Düz dağın ətəyində, ağacların içində tikili var. Kilsəyə oxşayır. Tikiliyə bitişik hovuz var, qayaların, tikilinin altından qaynayan bulağın suyu hovuza dolur, ordan digər hovuza keçir və irəlidəki çəmənliyin içi ilə axıb düzə yayılır. Hovuzlar yarıdağılmış vəziyyətdədi, içini yosun basıb, görkəmi qarşısındakı parkın gözəlliyi ilə tərs mütənasibdir.

Kilsəyə oxşayan tikili Şahbulaq məscididir. Məscid qala ilə eyni dövrdə Pənahəli xan tərəfindən inşa edilib. Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş Şahbulaq məscidi üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən günbəz şəklində tamamlanıb, bayır tərəfdən isə günbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örtüyü iki yamaclı formaya salınıb. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün olub. Yəqin tikilinin memarı inşa zamanı bölgədəki Alban abidələrinin memarlığını əsas götürüb.

Görünür, zahirən kilsəyə bənzədiyindən ermənilər bu abidəyə toxunmayıblar. Əksinə məscidin divarlarındakı oyuqlarda yandırılmış şamların izi vardı. Bura gəlməmişdən qabaq oxuduğum mənbələrdə qeyd olunurdu ki, Şahbulaq qalası yenidən inşa edilərək, kilsə kimi istifadə edilib. Çox güman ki, məhz bu tikili nəzərdə tutulub. Çünki nə qalada, nə də yaxınlıqda kilsəyə rast gəldik. Elə kilsəyə bənzədiyi üçün ermənilər dağıtmayıb, içində şam yandırıb, dua ediblər, lakin mənə görə əslində növbəti dəfə tarixi saxtalaşdıraraq Şahbulaq məscidini erməni kilsəsinə çevirmək üçün zəmin hazırlayırmışlar.

Bunlar mənim fikirlərimdir. Lakin hörmətli alim Bayram Quliyev bir az fərqli fikirləşir: “Şahbulaq Alban Məbədi VI-VIII yüzilliklərə aiddir. Xristianlığın Azərbaycanın şimal hissəsində gec yayıldığını nəzərə alsaq, məbədin göz önündən kənarda tikilməsi normal durumdur. Çox güman ki, Səfəvilər zamanında da nəzərlərdən uzaq qalan məbəd Qarabağ xanlığı zamanında bir az dəyişikliyə məruz qalıb, məbədə 3 tağlı eyvan əlavə olunub. Lakin bu həmin abidənin məscid olduğunu söyləməyə əsas vermir”.

Sakitlikdir. Düzü adam buralardan heç getmək istəmir. Düşünəndə ki, belə füsunkar bir yer 30 il yaxın müddətdə ermənilərin əsarətində qalıb, bu bulaqdan ermənilər su içib, bu ağacların altında dincəliblər, düzü, məyus olmamaq mümkün deyil, amma bir təsəlli də var ki, buralar yenidən öz əvvəlki gözəlliyini qazanacaq, bu yerlərin həqiqi sahibləri təzədən bura gəzməyə gələcək, burda dincələn uşaqların səs-küyü, böyüklərin şirin gülüşlərinə, xoş avazlarına qarışacaq.

Qızıl Kəngərlidəki türbə

Yolun solu ilə yanımız boyu bitib-tükənməyən daş hasar uzanır. “Vaxtilə Ağdam həbsxanası olub”, - deyir bələdçimiz. Həbsxanadan sonra gələn iri istixananın isə bütün şüşələri sındırılıb. Qızıl Kəngərlidə Ağdamın digər yerlərinə baxanda evlər salamatdır. Həyət-bacalardan yetişmiş xurmalar boylanır. Ermənilər Ağdamı təhvil verəndə Qızıl Kəngərlidəki evlərin çoxunu yandırıblar.

Kəndin içində ləngimədən Qızıl Kəngərli Türbəsi tərəfə yollanırıq.

Bu da Qızıl Kəngərli Türbəsi. Sapsarı otların arasında tarixə və düşmənə meydan oxuyurcasına dik dayanıb. Maşını saxlayıb aralıdanca şəklini çəkirik. 

Türbə memarlıq üslubu baxımdan XIV əsrə aiddir. Əsas gövdəsi səkkiz guşəlidir ki, bu, dövrün memarlıq ənənələrindən qaynaqlanır, yuxarı hissəsi isə konusvaridir. B. Quliyevin fikrincə türbənin bir sərdabənin üzərində inşa olunduğunu ehtimal etmək olar: “Çünki XIII-XIV əsrlər türbələri bu formada inşa edilirdi. Qaynaqlarda türbənin kimə aid olması göstərilmədiyi üçün dəqiq bir şey söyləmək mümkün deyil. Lakin o dövrdə İslamın zəifləməsindən qaynaqlanan sufizmin geniş yayıldığını da göz önündə tutaraq sufizmi yayan əsas şeyxə aid olduğunu ehtimal etmək olar. Çünki bu dövrdə bütün türbələr bu cür şeyxlər üçün tikilərdi. Onlardan bəzilərinin adı qaynaqlarda qalsa da, bir çoxu haqqında məlumata rast gəlinmir”.

Uzaqdan rus sülhməramlılarının yük maşını görünür. Siqnal verə-verə bizə tərəf şütüyür, yəni yoldan çıxın deyir. Sürücümüz avtomobili yoldan çıxarır, elə biz də kənara çəkilirik. Yük maşını yanımızdan keçib sülhməramlıların nəzarətində olan yerə tərəf gedir. Maşın təpənin dalında yox olana kimi arxasınca baxırıq...

Daha Qızıl Kəngərlidə işimiz qalmayıb, yekunlaşdırıb qayıdırıq. Yolumuz Abdal Gülablıyadır. Səxavət Məmmədovun qəbrini ziyarətə gedirik...

(ardı var)

Davamında oxuyun: Ermənilərin saldığı nar bağları, Gülablı kəndindəki salamat evlər, Səxavət Məmmədovun qəbrinin axtarışında, Abdal qəbiristanlığında 9 yaşlı qızın məzarı, Üstünə latın qrafikası ilə “Allah” yazılmış məscid...

Foto - İlkin Nəbiyev © APA GROUP

Mirmehdi Ağaoğlu


Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO

Xəbər xətti

London tarixində İLK: Mer 3-cü müddətə vəzifədə qalacaq
11:20 05.05.2024
Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiya demarkasiya prosesi əlbəttə ki, sülh müqaviləsinin imzalanması prosesini yaxınlaşdırır" - Daria Grevtsova ilə MÜSAHİBƏ
Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiya demarkasiya prosesi əlbəttə ki, sülh müqaviləsinin imzalanması prosesini yaxınlaşdırır" - Daria Grevtsova ilə MÜSAHİBƏ
11:00 05.05.2024
Gürcüstan prezidenti Avropadan KÖMƏK İSTƏDİ
10:40 05.05.2024
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
10:20 05.05.2024
İsrail ordusu “İslami Cihad”ın komandirinin zərərsizləşdirildiyini açıqlayıb
10:00 05.05.2024
ABŞ-də əyləncə mərasimində atışma olub, ölən və yaralananlar var
09:40 05.05.2024
KİV: HƏMAS İsraillə razılaşmanın birinci mərhələsində 33 girovu azad etməyə hazırdır
09:20 05.05.2024
ABŞ-nin keçmiş kəşfiyyatçısı: MKİ Gürcüstanda çevriliş etmək istəyir
ABŞ-nin keçmiş kəşfiyyatçısı: MKİ Gürcüstanda çevriliş etmək istəyir
09:00 05.05.2024
Poroşenko da Rusiya Federasiyasında axtarışa verildi
00:13 05.05.2024
“Qalatasaray” əsas hücumçusunu satmağa qərar verdi
23:44 04.05.2024
Sadiq Xan III dəfə London meri seçildi
23:27 04.05.2024
Xarkov atəşə tutulub, istehsalat zavodunda yanğın başlayıb
22:55 04.05.2024
Şəkidə iki nəfər GÜLLƏLƏNİB
22:32 04.05.2024
İsrail və Fələstin arasında razılıq əldə olunub
22:00 04.05.2024
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
21:33 04.05.2024
Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır
21:11 04.05.2024
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:50 04.05.2024
Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər
20:22 04.05.2024
Demokratiya bayrağı altında mürtəce siyasət: Azərbaycanla bacarmayan Qərb Gürcüstanı hədəfə alıb
19:55 04.05.2024
Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır
19:29 04.05.2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasındakı nöqsan və hüquqpozmalara münasibət bildirib
19:00 04.05.2024
Avropa Komissiyasının rəsmisi Ağdamda
18:35 04.05.2024
Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO
18:29 04.05.2024
ADB müşaviri: “Uyğunlaşma iqlim dəyişikliyi problemlərinin həllində mühüm elementdir”
18:00 04.05.2024
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub
17:35 04.05.2024
ABŞ Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı göstərəcək
17:04 04.05.2024
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir
17:00 04.05.2024
NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq
NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq
16:40 04.05.2024
XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür
16:20 04.05.2024
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər SAXLANILDI
16:00 04.05.2024
Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
15:40 04.05.2024
Saxta “Fairy”, “Ariel“, “Domestos” hazırlayan GİZLİ sex aşkarlandı
15:20 04.05.2024
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
15:00 04.05.2024
Prezident Türkiyə ilə imzalanmış daha bir Sazişi TƏSDİQLƏDİ
14:48 04.05.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
14:28 04.05.2024
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:15 04.05.2024
Sabunçuda yanğın olub
14:00 04.05.2024
Sabah 25 dərəcə İSTİ OLACAQ
13:45 04.05.2024
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
13:30 04.05.2024
Baş nazir gələn həftə Türkiyəyə səfər edəcək
13:15 04.05.2024
Hamısı