“30 il ərzində işğal altında qalmış ərazilərdə Azərbaycan xalqına məxsus hər şey məhv edilib” - Gürcü ekspert | Eurasia Diary - ednews.net

20 Aprel, Çərşənbə axşamı


“30 il ərzində işğal altında qalmış ərazilərdə Azərbaycan xalqına məxsus hər şey məhv edilib” - Gürcü ekspert

Cəmiyyət A- A A+

“Biz dünən Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdik, bu gün isə Füzuli rayonunda səfərdəyik. 30 il ərzində Ermənistanın işğalı altında qalmış bu ərazilərdə daş daş üstündə qalmayıb, Azərbaycan xalqına məxsus hər şey məhv edilib”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Strateji Beynəlxalq Araşdırmalar Fondunun ekspert Aleksandr Klaxadze bildirib.

A. Klaxadze deyib ki, məscidlər, qəbiristanlıqlar da dağıdılıb: “Eyni zamanda ərazilər minalanıb, bu minalardan təmizləmək üçün uzun illər zamandır. Biz Cəbrayıl və digər rayonlarda da olacağıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...