Koronavirus daha bir ziyalının həyatına son qoydu - Görkəmli alim vəfat etdi | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Koronavirus daha bir ziyalının həyatına son qoydu - Görkəmli alim vəfat etdi

Cəmiyyət A- A A+

Tarixçi alim Dilavər Əzimli koronavirusdan vəfat edib.

Bu barədə Eurasia Diary-yə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun ictimaiyyətlə əlaqalər şöbəsindən bildirilib.

İnstitutun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli bu gün səhər saatlarında dünyasını dəyişib. 

Qeyd edək ki, D.Əzimli yanvarın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diplomla bitirib. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...