“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər” - Təhsil eksperti - VİDEO | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər” - Təhsil eksperti - VİDEO

Cəmiyyət A- A A+

“Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar günü gəlir. Bu bizim təhsildə həmişə ağrılı problem olub. Fevralın sonlarında bəzi müəllimlər tərəfindən şikayətlər ünvanlandı ki, 8 Martla bağlı məktəblərdə bəzi addımlar atılır”.

Bu fikirləri  "APAralel" verilişində təhsil üzrə ekspert Elçin Əfəndi səsləndirib. 

Ekspert Təhsil Nazirliyindən məktəblərdə yoxlama aparmasını təklif edir.

“Bəzi məktəb direktorları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar gününə görə məktəbdə koronavirusa yoluxma faktını gizlədirlər. Ağdam rayonunda fəaliyyət göstərən bir məktəbdə çalışan müəllimə bununla bağlı bizə şikayət edib”.  

Elçin Əfəndi qeyd edir ki, bəzi məktəblərdə direktorların qəsdən istilik sistemini sıradan çıxartmalarını iddia edir:

“Buna səbəb kimi bəzi direktorlar və müəllimlər üçün onlayn təhsilin sərf etdiyini bildirir”. 

Lent.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...