“Yoluxma sayının artmasını böyütməyək” - Professordan açıqlama - VİDEO | Eurasia Diary - ednews.net

23 Aprel, Cümə


“Yoluxma sayının artmasını böyütməyək” - Professordan açıqlama - VİDEO

Cəmiyyət A- A A+

“Biraz artma var, amma bunu çox da böyük rəqəmlə ifadə etməyək. Artırsa və ya bundan sonra arta bilərsə, bunun müxtəlif səbəbləri ola bilər”.

Bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev "Real TV"-dəki çıxışında bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının artması yumşaldılma tədbirləri ilə bağlı olaraq insanlarda yaranan arxayınlıqla əlaqədardır:

“Kafe-restoranların, ictimai iaşə müəssisələrinin açılması, insanların belə yerlərə getməsi, maskaya münasibətin belə yerlərdə bir az geri plana düşməsi də burada rol oynaya bilər.

Bir çox ölkələrdə, eləcə də, qonşu Türkiyədə koronavirusun daha sürətlə yayılan mutasiyalarına rast gəlinir. Ancaq Azərbaycanda aparılan tədqiqatlarda yeni ştammlar aşkarlanmayıb. Ona görə xəstəlik sayının artmasını böyütməyək.

Bir artım var. Ancaq vətəndaşlar daha diqqətli olmalıdırlar ki, sıx tədbirlərin görülməsinə getməyək”.

A. Allahverdiyev bildirib ki, nə qədər ki pandemiya var, periodik olaraq qapanmalar gözləniləndir:

“Ancaq hazırda qapanmaların olub-olmayacağını söyləmək çətindir. Onu zaman göstərəcək. Əhalinin qoyulan tələblərə necə riayət etməsi burda mühüm rol oynayacaq”.

Yeniavaz.com

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...