Azərbaycan Ordusunda vaksinasiya aparılır - 9 minə yaxın hərbi qulluqçu peyvənd olundu | Eurasia Diary - ednews.net

23 Aprel, Cümə


Azərbaycan Ordusunda vaksinasiya aparılır - 9 minə yaxın hərbi qulluqçu peyvənd olundu

Cəmiyyət A- A A+

Pandemiya dövründə Azərbaycan Ordusunda şəxsi heyətin sağlamlığını qorumaq və COVID-19-a qarşı təhlükəsizliyi tam təmin etmək məqsədilə Müdafiə nazirinin əmrinə əsasən müvafiq tədbirlər həyata keçirilir.

 Azərbaycan Ordusunda şəxsi heyətin COVID-19-a qarşı vaksinasiya olunması barədə sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi hərbi hissələrdə keçirilən profilaktik tədbirləri daim nəzarətdə saxlayır.

Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə fevralın 16-dan vaksinasiya prosesinə başlanılıb.

Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası isə müvafiq hərbi tibb müəssisələrində aparılır.

Bu günədək doqquz minə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub. Yığcam Göstər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...