Parlamentdə “Şəhid anası” medalı müzakirəyə çıxarıla bilər | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


Parlamentdə “Şəhid anası” medalı müzakirəyə çıxarıla bilər

Cəmiyyət A- A A+

“Sovet hökuməti vaxtı müxtəlif adlar var idi, Sovet İttifaqı Qəhrəmanı və s. Bir də “Qəhrəman ana” ordeni var idi ki, bunu 10 uşağı olan analara verirdilər”.

Eurasia Diary-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, bu məsələni Çingiz Abdullayev gündəmə gətirib: “Yazıçı “Şəhid anası” medalının təsis edilməsi məsələsini qaldırıb. Əvvəllər “Qəhrəman ana” ordeni olan analara müəyyən güzəştlər tətbiq olunurdu. Bu təklif çox maraqlıdır. Mən də təklif edirəm ki, “Şəhid anası” medalının təsis edilməsi məsələsinə Milli Məclisdə baxaq”.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...