“Xəzər dənizində nərə balıqlarının ehtiyatı əvvəlki illərə nisbətən azalmaqdadır”.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov deyib.
Onun sözlərinə görə, bunun bir neçə səbəi var: “Bunlardan biri vaxtilə kortəbii surətdə resurslardan istifadə olunmasıdır. Bununla bağlı hər il bərpa tədbirləri həyata keçirilir. Təkçə bizdə deyil, Xəzəryanı digər ölkələrdə də paralel olaraq bu tədbirlər həyata keçirilir”.