"Azərbaycan “İsgəndər-M” ilə bağlı Ermənistandan rəsmi cavab tələb edir" Vitse-spiker

Cəmiyyət 17:34 14.04.2021

"​İşğal altında olan ərazilərimiz hər zaman yerli və xarici gündəliklərimizdə əsas yer tutan məsələlərdən biri olub. Belə ki, düşmənin 30 ilə yaxın müddət davam edən özbaşınalıqlar, habelə işğalla yanaşı, müxtəlif vaxtlarda həyata keçirdiyi təxribatlar barədə həqiqətlərin dünyaya çatdırılması daim bizim üçün prioritet məsələ olub".

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin sədrinin müavini Adil Əliyev deyib. 

Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Vətən müharibəsində Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi hücumlarına diqqət çəkərək, bununla düşmən dövlətin beynəlxalq humanitar hüququn tələblərini pozmasını bildirib: "Ermənistan tərəfinin müharibə dövründə mülki əhalimizin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutması, Gəncə şəhərinə ballistik raketlərin atılması Ermənistanın əsl simasını dünyaya bir daha nümayiş etdirdi. Ballistik silahlardan mülki əhaliyə qarşı qəddarcasına istifadə edilməsi Ermənistanın təcavüzkar xislətinin bariz nümunəsidir. Bu raketlərin əsas hədəfi mülki əhalinin yaşadığı evlər idi, atışların gecə vaxtı həyata keçirilməsinin məqsədi isə mülki əhalinin evdə olarkən qətlə yetirilməsi idi.

Lakin buna baxmayaraq, Şanlı Azərbaycan ordusu tərəfindən Hadrutda ermənilər tərəfindən yaşlı olduqları üçün özləri ilə aparmadıqları qocalara normal rəftar edildi, onlar xəstəxanalarda müayinə və müalicə olundu. Sonra Azərbaycan dövləti Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinə müraciət edərək onların öz ölkələrinə qaytarılmasını təmin edib".

Deputat bildirib ki, Ermənistan silahlı qüvvələri hətta yas mərasiminə belə hücum etməkdən çəkinməyib: "Onların istifadə etdiyi “İsgəndər-M” raketi ilə bağlı məsələ isə hazırda da gündəmdədir. Azərbaycan dövləti olaraq bu gün Ermənistandan bu silahların haradan və necə əldə etdikləri barədə rəsmi cavab tələb edirik. ​Ermənistan müharibədə məğlubiyyətə uğrayıb, çoxlu itki verib və bu gün də bu ölkədə qeyri-sabit, acınacaqlı vəziyyət hökm sürür. Ermənistan artıq bilməlidir ki, Azərbaycanın dəmir yumruğu hər zaman yerindədir və onların qisasçılıq niyyəti özlərinin süqutu ilə nəticələnəcək.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra bizim əsas amalımız sülhün dəstəklənməsi məqsədilə konstruktiv mövqeyin nümayiş etdirilməsidir. Azərbaycanlılar və ermənilər arasında münasibətlərin qurulması qarşılıqlı istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Eyni zamanda, müharibədən sonra biz əməkdaşlığın və sülhün tərəfində olmağımızı bir daha diqqətə çatdıraraq, yalnız Ermənistanla deyil, digər ölkələrlə münasibətlərin müsbət dinamikada inkişafının zəruriliyini bildirmişik. Ermənistan tərəfi də bu əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirməli və buna səy göstərməlidir. Lakin Ermənistan müharibədə uğradığı məğlubiyyəti həzm edə bilməyərək öz aqressiv hərəkətlərini davam etdirir. Ermənistan bilməlidir ki, inkişaf və əməkdaşlığa nail olmaq üçün bundan sonra onların yeganə yolu, həm Azərbaycana, həm də qardaş Türkiyəyə qarşı iddialardan birdəfəlik əl çəkmək, bu iki dövlətin liderliyi ilə regionda həyata keçirilən nəqliyyat, enerji və digər layihələrdə iştirak etməkdən ibarətdir.

Azərbaycan həmişə regionda sülhü ən çox arzu edən və əmin-amanlığın daim bərqərar olmasına çalışan dövlət olub, habelə, bölgədə söz sahibi olmaqla, qarşılıqlı əməkdaşlığa töhfə verib və verməkdədir".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı