QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində yeni qayda - Nəzarəti hansı qurum həyata keçirəcək? | Eurasia Diary - ednews.net

14 May, Cümə


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində yeni qayda - Nəzarəti hansı qurum həyata keçirəcək?

Cəmiyyət A- A A+

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək

Eurasia Diary xəbər verir ki, Prezident İlham Əliyev aprelin 19-da Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” 2007-ci il 13 dekabr tarixli Fərmanının ləğv edilməsi barədə imzaladığı fərmanda öz əksini tapıb.

Müşahidə Şurasının 8 üzvü qeyri-hökumət təşkilatlarının, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi Agentliyin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi icraçı direktor həyata keçirir. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...