“Türk Dünyasının Uşaqlarının Görüşü” adlı tədbir təşkil olunub - FOTOLAR | Eurasia Diary - ednews.net

8 May, Şənbə


“Türk Dünyasının Uşaqlarının Görüşü” adlı tədbir təşkil olunub - FOTOLAR

Cəmiyyət A- A A+

22 aprel 2021 - ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyə Respublikasının Milli Bayramı - 23 aprel Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir keçirilib.

Tədbirin keçirilməsi Fond ilə təşkilatın bütün üzv və müşahidəçi ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi və gənc nəslin Türk Dünyasının mədəni dəyərləri ilə tanış etdirilməsi məqsədi daşıyır.

Görüşü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva giriş sözü ilə açıb. O, əvvəlcə bütün uşaqları təbrik edib, sonra bir-bir onlarla tanış olub və bu əlamətdar gündə onları sevincli görməkdən məmnun olduğunu bildirib. “Mənə çox xoşdur ki, bugünkü tədbirimizdə böyük Türk Dünyasının gələcək təmsilçiləri iştirak edir. Burada Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Litva, Azərbaycan və əlbəttə ki, Türkiyədən gələn uşaqlar qardaş dövlətlər arasında bir körpü yaradır. Onlar bizim ümidimiz, sevincimiz və sabahımızdır. Türk dünyası dərin tarixə, mədəni irsə malik bir dünyadır, uşaqlar da bu zənginliyi qorumalıdırlar. Onlar gələcəkdə hansı sahəni seçirlər seçsinlər gözəl mütəxəssis olmalıdırlar ki, böyüklər onlara baxıb fəxr etsinlər. Biz isə onlara elə bir dünya bəxş etməliyik ki, onlar orada xoşbəxt yaşaya bilsinlər. Çox şadam ki, uşaqlar böyüdükcə qardaş ölkələrin mədəni irsini də dərindən öyrənəcəklər. Bizim təşkilatın da missiyası elə bundan ibarətdir”.

Sonra üzv və müşahidəçi dövlətləri təmsil edən uşaqlar: Belinay Uygun (Türkiyə), İpək Məcid (Azərbaycan), Amina Nurmaxambetova (Qazaxıstan), Madina Almazbekova (Qırğızıstan), David Bedecs ( Macarıstan), Medina Gurbangeldiyeva və Xeseldjeman Garayeva (Türkmənistan), Arnas Can Eren (Türkiyə-Litva), Mələk Xəlilova (Azərbaycan), Zeynep Kaya (Türkiyə ), Gülyaz Həsənzadə, Kənan Bəşirli, Elxan Məmmədli, Mirəli Əlizadə və Mahir Hacıyev (Azərbaycan) milli geyimlərdə öz ana dillərində şeir və mahnılar oxuyub, milli alətlərdə musiqilər ifa ediblər.

Sonda Günay Əfəndiyeva uşaqlara hədiyyələr verib və onlarla xatirə şəkli çəkdirib.

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...