Bir qrup əcnəbi rəssam işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, səfər Heydər Əliyev Fondunun dəstəyi, “Qız Qalası” rəsm qalereyasının təşkilatçılığı ilə baş tutub.
Səfər çərçivəsində əcnəbi rəssamlar Zəngilanın mərkəzində yerləşən məscidə baş çəkiblər. Rəssamlar burada “Xarı bülbül”ün maketi üzərində işləyiblər.